Gözdəymə problemi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Gözdəymə problemi
 
 » Sağlamlıq » Psixologiya » Gözdəymə problemi

     
 
Sağlamlıq » Psixologiya: Gözdəymə problemi
 
 
Müəllif: Zaur | 4 Oktyabr 2009 | 14503 dəfə oxunub
http://zeka.az/94-g246zd601ym601-problemi.html
alt

Gözdəymə haqqında ilkin məlumatlar vermək çox çətindir. Çunki bu problem ailələrimizdə, gündəlik həyatımızda tez-tez toxunulan və təhlil  edilən məsələlərdən biridir. Xalq psixologiyasında, xalq təbabətində və hətta, xalq musiqisində belə gözdəymə probleminə, onun müxtəlif təhlil istiqamətlərinə, onunla mübarizə metodlarına rast gəlmək mümkündür. Elə müasir həyatımızda da gözdəymə haqqında tez-tez danışılır, ona qarşı dini və qeyri-dini mübarizə üsullarından istifadə olunur. Gəlin gözdəymənin tarixinə, onun həqiqiliyi ilə bağlı məsələlərə bir daha nəzər salaq.

PROBLEMİN TARİXİ

Gözdəymə qədim tarixə malik ictimai-məişət problemidir. Bu, tarixi məişət və dini adət-ənənələrdə açıq-aydın hiss olunur. Məsələn, bir çox dini rəvayətlərdə gəlmişdir ki, özünü başqalarının gözündən və başqalarını da öz gözündən uzaq bilmə. Buna görə də bədnəzərdən, göz dəymədən qorunmaq üçün dua oxuyun. Bu dualardan biri də Cəbrail (ə)-ın Peyğəmbər (s)-ə öyrətdiyi bədnəzər duasıdır. İmam Həsən (ə)-la İmam Hüseyn (ə)-a uşaq vaxtlarında göz dəymişdi. Cəbrail (ə) buna görə Peyğəmbər (s)-ə bədnəzər duası gətirdi. Peyğəmbər də əshabına xitab edərək buyurdu ki, ailənizi, arvad-uşağınızı bu dua ilə bədnəzərdən, pis gözdən qoruyun.

Yenə də Peyğəmbərdən rəvayətdir ki, nə vaxt yaxşı bir şey gördünüz “Əllahu Əllahu ma şaəllahu la qüvvətə illa billah” deyin ki, ona zərər dəyməsin. Şifahi xalq ədəbiyyatında da gözdəymə ilə bağlı çoxlu məlumatlar var. Gözdəymənin qədim tarixə malik olmasını məişətdə, mərasimlərdə ona qarşı mübarizə üsullarının tam formalaşıb həyata keçirilməsi də sübuta yetirir. Ailələrdə bu mübarizə üsulları o qədər dərin izlər buraxıb ki, artıq bu “üsullar” istəkdən asılı olmayaraq həyata keçirilir. Məsələn, körpə uşağın boynuna və yaxud qoluna gözmuncuğunun keçirilməsi və sairə.

Bundan əlavə, cəmiyyət arasında bədnəzər adamlar tezliklə tanınırlar. Ona görə də həmin şəxsləri barmaqla göstərir və onlardan uzaqlaşmağa çalışırlar.

Rəvayətdir ki, bir gün bir şah öz adamları ilə birgə ov etmək üçün düzə (çölə) çıxmışdı. Düzdə bir kişiyə rast gəldilər. Şah kişidən soruşdu ki, buralarda nə edirsən? Kişi cavab verdi ki, ovçuluq edirəm. Şah təəccüblənib dedi: -Sənin heç bir ov alətin olmadığı halda necə ovçuluq edirsən? Kişi cavab verdi: -Mənim yaman bərk (pis) gözüm var. Hansı heyvanı görürəmsə onun gözəlliyinə heyran olub ona göz vururam, həmin heyvan dərhal yerə yıxılır, mən də onu asanlıqla tuturam. Şah bunu eşitcək öz adamlarına dedi ki, tez buradan çıxıb gedək (yoxsa bu kişinin bizə də gözü dəyər). Bütün bunlar insanlar arasında gözdəymənin real təsir nəticələrinin olmasını bir daha sübuta yetirir.

BURADA HƏQİQƏT VARMI?

Gözdəymə gözlə görünməyən, ölçülməyən real fiziki və maddi təsirlər, informasiyalar olmadığı üçün onun həqiqi mövcudluğu həmişə şübhələrə və mübahisələrə səbəb olur. Çoxları gözdəymənin real həqiqi təsirlərini tam qəbul etsələr də, digərləri isə gözdəyməyə inanmır və yaxud ona inana bilmirlər.

Mütəxəssislərin ümumi rəyinə görə, gözdəymə realdır, həqiqi təsirlər sistemidir.  Adətən, bu təsirləri gözlərdən çıxan mənfi şüalar kimi qəbul edirlər. Ümumiyyətlə, bu mülahizənin elmi baxımdan sübutu üçün heç bir laborator-kliniki eksperiment nəticələri yoxdur. Lakin bu cür bioşüaların yaxud psixoşüaların gözlərdə mövcud olması həqiqətə uyğun sayıla bilər. Çünki insan orqanizmi bioloji (“Bioloji sahə” nəzəriyyəsi) və həm də psixoloji enerji sahəsinə malikdir, yəni insan orqanizmi xarici təsirləri, informasiyaları, şüaları qəbul edir və onun orqanizmindən də informasiyalar, şüalar xaric olunur. Bundan əlavə, biz hər birimiz gözdəymənin gündəlik real təsir nəticələrinin şahidi olmuşuq və bundan sonra da olacayıq. Deməli, bundan sonra da mübarizə aparmağa dəyər.

MÜBARİZƏ APARMAĞA DƏYƏR

Əlbəttə, gözdəyməyə qarşı mübarizə aparmaq lazımdır. Niyə? Heç də ona görə yox ki, adama hökmən göz dəyə bilər, həm də ona görə ki, bədnəzər adamı gördükdə, insan istər-istəməz özünü narahat hiss edir və artıq psixoloji böhrana düşür. Hansısa işlə məşğul olanda bu onun yadından çıxmır, uğursuzluqlar baş verəndə, bunu hökmən bədnəzərlə əlaqələndirir. Bu cür hallar mütəmadi baş verdikdə psixoloji stresslər təbii olaraq yaranır. Əgər bu sahədə həddən artıq zəifsinizsə, onda, gözdəyməyə qarşı mübarizə üsullarından istifadə edin, bədnəzər şəxslərdən uzaq durun. Dini rəvayətlərdən birində deyilir ki, göz dəymiş şəxsə Qurandan “Huməzəh” surəsini oxusalar yaxşı olar.

İmam Sadiq (ə)-dan rəvayətdir ki, “Adiyat” surəsini üç dəfə gözdəyməyə görə oxuyun. Bəzi rəvayətlərdə gəlmişdir ki, kim bu surəni yüz on dəfə oxusa borcu qaytarılar və kim bu surəni yazıb özü ilə gəzdirsə bütün bəlalardan uzaq olar və ruzi yolları onun üzünə açılar.

Mübarizə vasitələri baxımından, bu sahədə yenə də əsrlər boyu ad çıxararaq bizə miras qalmış və qiymətli bitki kimi evimizdən əskik olmayan “üzərrik” əvəzedilməzdir. Məsələn, heç olmasa ayda bir dəfə evinizdə üzərriyin yandırılması müsbət hal ola bilər. Onun iyi psixoloji cəhətdən də müsbət təsirlərə malikdir.

Pis gözlərdən qorunmaqda Böyük Allah köməyiniz olsun!

PSİXOTEST

GÖZDƏYMƏYƏ İNANIRSINIZMI?

Suallara səmimi və düzgün cavab verin. Yalnız, cavab xallarınızı topladıqdan sonra “nəticəni” oxuyun.

1. Qonaq gedəndə orada sizdən başqa kimlərin olduğunu öyrənməlisiniz?

a) Bəli-2

b) Hərdən-3

c) Ümumiyyətlə, bu məni maraqlandırmır-1

2. Axşam vaxtı tək gəzməyi xoşlayırsınızmı?

a) Xoşlayıram-2

b) Xoşlamıram-1

c) Tək gəzməyə qorxuram-3

3. Qonşuluqda yaşayan bütün şəxslərlə maraqlanırsınız?

a) Bəli-3

b) Xeyr-1

c) Hərdən olur-2

4. Səhər evdən çıxan zaman əhvalınız həmişə yüksək olur?

a) Bəli-1

b) Xeyr-2

c) Şəraitdən asılı olur-3

5. Həmişə nağıllardakı qəhrəmanlara bənzəmək istəmisiniz?

a) Bəli-1   

b) Xeyr-3

c) Ümumiyyətlə, nağılları xoşlamıram-2

6. Evinizdə tez-tez stol üstə təbii güllər olur?

a) Bəli-3

b) Xeyr-2

c)  Yalnız xüsusi günlərdə və bayramlarda-1

7. Siz dinə qəlbən bağlı adamsınız?

a) Bəli-3

b) Xeyr-1

c) Deyə bilmirəm-2

NƏTİCƏ

16 XAL VƏ ONDAN YUXARI:

Siz gözdəyməyə inanırsınız. Özü də, bu inam sizin həyat və fəaliyyətinizdə özünü göstərir. Bu baxımdan, harada olursunuzsa olun, daim nəzərdən qorunmağa çalışırsınız. Ailədə bədnəzərlərdən qorunmaq üçün bütün dini və qeyri-dini müdafiə üsullarından istifadə edirsiniz.

11-15 XALLAR:

Siz də gözdəyməyə inanırsınız. Bu haqda lazım olan bütün məlumatlara maliksiniz. Lakin çox vaxt ona o qədər də əhəmiyyət vermirsiniz. Təbii ki, ondan qorunmaq bəzən heç sizin ağlınıza belə gəlmir. Amma kimsə, ailədə nəzərdən qorunmaq üçün müəyyən işlər görürsə, siz onu qəbul edirsiniz.

10 XAL VƏ ONDAN AŞAĞI:

Gözdəyməyə, nəzərə inanmırsınız, daha doğrusu, belə şeylər, ümumiyyətlə, sizi maraqlandırmır. Şəxsi həyatınız və xarakteriniz də buna şərait yaradır. Təbii, ailədə bunu görəndə, biganə münasibət bəsləyirsiniz. Lakin ailə üzvlərinizə və başqalarına bu sahədə mane olmaq istəyiniz həmişə olur.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 4)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 1
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.