Azərbaycanın süni peykinin istehsalına başlanılıb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanın süni peykinin istehsalına başlanılıb
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanın süni peykinin istehsalına başlanılıb

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycanın süni peykinin istehsalına başlanılıb
 
 
Müəllif: Carchi | 7 Sentyabr 2010 | 12446 dəfə oxunub
http://zeka.az/940-azjrbaycandn-sgni-peykinin-istehsaldna-baelandldb.html

Azərbaycanın süni peykinin istehsalına başlanılıb

 Əli Abbasov: “Peykin hazırlanması üzrə işlər plana uyğun gedir”

Azərbaycanın orbitə buraxılacaq ilk süni peykinin istehsalına başlanılıb. Bu barədə Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. Onun sözlərinə görə, peykin hazırlanması üzrə işlər plana uyğun gedir.

Nazir qeyd edib ki, artıq peykin buraxılması ilə bağlı bütün müqavilələr imzalanıb və kadr hazırlıqlarına başlanılıb: “İndi əsas məqsəd kadr hazırlığıdır, bazarların öyrənilməsi və rəqabət qabillyyətli olmasıdır”.

Amerikanın “Orbital Ciens” şirkəti ilə imzalanmış müqaviləyə əsasən peyk 2012-ci ilin avqustunda orbitə çıxarılacaq. Ümumi dəyəri təxminən 200 milyon dollar qiymətləndirilən layihəyəyə qoyulan pulu 5-7 il müddətinə çıxarmaq mümkün olacaq. Belə ki, peykin resurslarının 20-25 faizi Azərbaycan tərəfindən istifadə olunacaq. Qalan hissəsi isə satılacaq.

Azərbaycanın yeni texnologiyalardan istifadə sahəsində istiqamətində yeni layihələr həyata keçiriləcəyini deyən nazir Əli Abbasov bu sahədən gəlirlərin 2020-ci ildə neft gəlirlərinə çatacağını istisna etmir. Onun sözlərinə görə, bunun üçün yeni xüsusi texnoloji zonalar yaradılacaq. Burada iformasiya texnologiyaları sektorunun inkişafı üçün layihələr hazırlanacaq.

Ə. Abbasov bildirib ki, son illər ələbat artdığından internetin genişləndirilməsinə ehtiyac yaranıb. Qiymətlərə gəlincə, son 1 ildə bu sahədə ciddi ucuzlaşmanın olduğunu deyən nazir tariflərin aşağı düşməsinin bundan sonra da müşahidə ediləcəyini deyib. ANS TV





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.