Saxta məktəbli formaları peyda olub » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Saxta məktəbli formaları peyda olub
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Saxta məktəbli formaları peyda olub

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Saxta məktəbli formaları peyda olub
 
 
Müəllif: Carchi | 7 Sentyabr 2010 | 12673 dəfə oxunub
http://zeka.az/942-saxta-mjktjbli-formalard-peyda-olub.html

Saxta məktəbli formaları peyda olub

Bu barədə Bakı Tikiş Evinin direktoru məlumat verib

Ümumtəhsil məktəblərinin I-IV siniflərinə vahid məktəbli forması tətbiq olunduğundan Bakı Tikiş Evinin satış mağazalarında uzun növbələr yaranıb. Üstəlik, yeni dərs ilinin başlamasına 10 gün vaxt qaldığından forma almaq istəyən valideynlər mağazalara axışıb.

Təsdiq olunan məktəbli forması yalnız Bakı Tikiş Evinin mağazalarında satılır. Ona görə də satış mərkəzlərinin azlığı məhz sıxlıqla müşahidə olunur. Valideynlər formaların təkcə “Volodarski” fabrikində satılmasından və burada uzun növbədən şikayətlənirlər. Şikayətlərin bir çoxu da burada lazımi ölçülərin olmamasındandır.

Mağazaların girişində yaranan növbədə qayda-qanun yaratmaq üçün nümayəndələr təyin olunub. Lakin, yanındakının qadın və körpə uşaq olmasını düşünən yoxdur. Mağazanın içərisi isə od tutub yanır, nəfəs almaq belə çətindir. Kassanın qarşısında sıralanan müştəriləri yalnız bir kassir xanım yola salır. O da alıcıların öhdəsindən gələ bilmir.

“3-4 saatdır burada dayanmışıq, kassada 1 qoca qadın işləyir. O da camaatı yola sala bilmir”, - deyə valideynlər şikayətlənirlər.

Əslində, bu dar macalda “əlimyandıya” düşən valideynləri başa düşmək də olmur. Çünki, məktəbli formasının satışına aprel ayından başlanılıb. Məktəbli geyimlərini bir neçə ay əvvəldən də almaq olardı. Belə ki, avqustun sonu, sentyabrın əvvəlində məktəbli ləvazimatlarının alınması, bir sözlə hazırlıq işləri başlayır ki, bu da sonda belə bir sıxlıqla müşahidə olunur. Təəssüf ki, bu aqibəti nə valideynlər düşünüb, nə təhsil idarəsi, nə də ki, tikiş fabriki. Ən azı elektron və yazılı mediada məktəbli formasının satışı ilə bağlı elanlar verməklə vəziyyəti tənzimləmək olardı.

Formaların satışında başqa bir problem ölçülərin uyğun gəlməməsidir. Belə növbələrdə ölçüsü səhv verilən geyimi qaytarmaq ikiqat əzabdır. “Görün başımıza nə oyun açırlar? 38 ölçünün əvəzinə 25 ölçülü paltar veriblər. Heç olmasa bizə yazığınız gəlsin!”, - deyə valideynlər şikayətlənir.

Sıxlığın aradan qaldırılması üçün Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov şəhərin ayrı-ayrı nöqtələrində yeni dükanların açılacağını bildirib. “Binəqədi rayonunda “Vorovski” dairəsində 17 mərtəbənin altında yeni dükan açılıb. Bakı ətrafından olan kənd məktəblərinin ibtidai siniflərini təmin etmək üçün 1-2 günə Zabrat qəsəbəsində və Əhmədlidə yeni dükanlar açılacaq”, söyləyən Fədai Rəhimov sıxlığın günahını ilk növbədə valideynlərdə gördü. Direktor formaların aprel ayından satışda olmağına baxmayaraq, valideynlərin indi əl-ayağa düşməsinin nəticəsində qarmaqarışıqlığın yarandığını qeyd etdi.

Amma təhsil idarəsi, məktəb direktorları müraciət edəcəyi təqdirdə, formalar məktəblərə də çatdırıla bilər.

Lakin, Fədai Rəhimovun dərdi tək bu deyil. Onların qulağına xəbər çatıb ki, ayrı-ayrı ticarət mərkəzlərində Bakı Tikiş Evinin modellərinin oxşarı tikilərək satışa çıxarılıb. Əsasən də oğlan modeli oğurlanaraq Çin istehsalı olan parçalardan tikilib ki, materialın keyfiyyətsizliyi az bir vaxtda özünü göstərir. Həm də bu paltarlar insan orqanizmi üçün olduqca təhlükəlidir. Lakin Bakı Tikiş Evinin istehsalı olan məktəbli formaları təmiz Türkiyə malıdır və pambıqdan hazırlanıb.

İndiyə qədər ümumi sifarişin 50-60 faizi artıq tikilib. Oktyabrın axırına qədər məktəblərin forma ilə tam təminatı başa çatacaq.

Qeyd edək ki, 26 ölçüdən 36-ya qədər olan paltarlar 40 manat, 38-42-yə qədər ölçüdə olan paltarlar isə 45 manatdır. Bu il paytaxtın ümümtəhsil məktəblərinin ibtidai siniflərinə 120 minə yaxın şagirdin gedəcəyi gözlənilir. Onların hamısının vahid məktəbli formasında olması vacib şərtdir. Vahid məktəbli formasının tətbiqi yalnız Təhsil Nazirliyinin tabeçiliyində olan məktəbələrə şamil olunur, yəni gimnaziya və liseylər istisna təşkil edir. ANS TV





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.