7 il davam edən işğaldan sonra » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » 7 il davam edən işğaldan sonra
 
 » Xəbərlər » Həftə içi xəbərlər » 7 il davam edən işğaldan sonra

     
 
Xəbərlər » Həftə içi xəbərlər: 7 il davam edən işğaldan sonra
 
 
Müəllif: Carchi | 8 Sentyabr 2010 | 12461 dəfə oxunub
http://zeka.az/947-7-il-davam-edjn-iedaldan-sonra.html

7 il davam edən işğaldan sonra ABŞ İraqda gözyaşları, dağıntılar və yoxsulluq buraxdı

İraqı, azadlıq və demokratiya gətirmək adı ilə işğal edən ABŞ ordusu bu ölkədəki muharibə missiyasına son verir, hələ də son verir.

7 il davam edən işğaldan sonra ABŞ İraqda gözyaşları, dağıntılar və yoxsulluq buraxdı. Qarşıdurmalarda 1 milyondan çox İraqlı həyatını itirərkən, ən az 1.5 milyon İraqlı da evlərini tərk edərək ölkə içində başqa bir bölgəyə daşınmaq məcburiyyətində qaldı. Ölkədəki dulların sayı ən az 1 milyon, yetimlərin sayı isə 3 milyon.

İraqdakı muharibə missiyasını 31 Avqustda rəsmi olaraq sonlandırmağa hazırlanan ABŞ 2011-ci ilin sonuna qədər ölkədəki bütün birliklərini geri çəkəcək. İraqda təxminən 7.5 il davam edən işğalın ardından birliklər geri çəkilərkən, ölkədə seçkilərdən aylar sonra yeni bir hökumətin qurulmasında hələ razılaşma olmadı.

Reuters Xəbər Agentliyinin  Birləşmiş Millətlər, İraq Mərkəz Bankı, İraq Sağlamlıq Nazirliyi, ABŞ Qüvvətləri, İraq Mərkəzi Statistik Təşkilatı və İraqlı səlahiyyətlilərdən əldə etdiyi məlumatlara görə, illərcə sürən döyüşün ardından İraqın bu günki vəziyyəti belədir:

Şiddət hadisələri:

• Hər ay 200 elə 300 vətəndaş, bombalı hücumlarda ya da sui-qəsdlərdə həyatını itirir. Bu ədəd məzhəb döyüşünün yaşandığı 2006-2007-ci illərdə 3 mini ötür.

• İraq İnsan Haqqları Nazirliyinin məlumatlarına görə, 2009-dakı şiddət hadisələrində 4 min 68 vətəndaş öldü, 15 min 935nəfəri yaralandı.

• Şiddət hadisələrinin sayındakı enişə baxmayaraq hər gün 15-ə qədər bu cür hadisə meydana gəlir.

Mühacirlərin vəziyyəti:

• Məzhəb qarşıdurmaları səbəbiylə ən az 1.5 milyon İraqlı evlərini tərk edərək ölkə içində başqa bir bölgəyə daşınmaq məcburiyyətində qaldı.

• BM Mühacirlər Yüksək Komissarlığına qeydli mühacir sayı 207 min, ancaq xaricdə yaşayan İraqlıların cəminin 3 milyonu ola biləcəyi ifadə edilir. Mart ayında edilən ümumi seçkidə 300 minə yaxın İraqlı səfirliklərdə səs verməyə qatıldı.

Cinayət, günah və ədalət:

• Edam edilməyi gözləyən edam məhkumlarının sayı 2009-cu ilin sonunda təxminən 1200 idi.

• Etibarlı bir statistik olmamasına qarşı hər ay aralarında uşaqların da olduğu onlarla adam xadimlər tərəfindən fidyə üçün qaçırılır.

• Banklara, qızıl bazarına və dövlət təşkilatlarının maaşlarını daşıyan vəzifəlilərə təşkil edilən qanlı hücumların sayı artır. Bu həftə soyğunçular 5 hökumət səlahiyyətlisini öldürərək, neft-neftayırma zavodunda işləyənlərə aid 400 min dolları oğurlamışdı. May ayında da soyğunçuların Bağdaddakı qızıl bazarına təşkil etdiyi hücumda 14 adam ölmüşdü.

İqtisadiyyat:

• Rəsmi məlumatlara görə, ölkədəki işsizlik nisbəti yüzdə 18, ancaq mütəxəssislər gerçək rəqəmin yüzdə 30-a yaxın olduğunu düşünür. İşsizlik, xüsusilə qanuni bir dolanışıq qaynağı tapa bilmədiklərində silahlanaraq cinayətə yönəlmə gənclərə təsir edir.

• Hökumət gəlirlərinin yüzdə 95-indən çoxu neft ixracatından əldə edilir.

• İraq neft ehtiyatlarını inkişaf etdirmək üçün qlobal neft şirkətləriylə müxtəlif razılaşmalara gedir.

İctimai xidmətlər:

• İraqdakı evlərin böyük hissəsinə gündə yalnız bir neçə saat elektrik verilir. Elektriklərin kəsilməsi – İraqdakı ən böyük şikayət mövzularından biri.

• Ölkədəki güc tutumu 9 min megavat ikən, istiliklərin 50 dərəcəyə çatdığı yaz aylarında tələb 14 min megavatı tapır.

• Beynəlxalq Qırmızı xaç Komitəsinin araşdırmasına görə və hökumət statistikalarına görə, 30 milyon əhalili ölkədə hər 4 adamdan biri etibarlı içməli su içə bilmir .

Kasıblıq:

• İraqda 7 milyon adam, yəni əhalinin yüzdə 23-ü kasıblıq sərhədinin altında yaşayır.

Sui-istifadə:

• İşğaldan əvvəl də ölkədəki əhəmiyyətli problemlərdən biri olan sui-istifadə, döyüşün yaratdığı xaosla birlikdə daha da artdı.

• Beynəlxalq Şəffaflıq Təşkilatının 2009 Sui-istifadə Qəbul etmə İndeksində, İraq 180 ölkənin arasında 176-cı sırada iştirak etdi.

Cəmiyyət:

• 10-18 yaşlarındakı İraqlı gənclərin 300 mindən çoxu heç məktəbə getməmişdir.

• BM tərəfindən edilən bir anket  gənclərin yüzdə 62-sinin kompüter istifadə etmədiyini ortaya qoydu.

• Eyni anketə görə, yenə gənclərin yüzdə 62-si bir qız uşağının, ailənin şərəfinə ləkə sürməsi vəziyyətində bir qohumu tərəfindən öldürülə biləcəyini düşünür. Yüzdə 92-si də bir qadının işə getmədən əvvəl icazə istəməsinin lazım olduğu mövzusunda həmfikirdirlər.

Xəstəxanalar:

• Sağlamlıq Nazirliyinə görə, yataq sayı 35 min olan İraqda bu ədədin 95 minə çıxarılması lazımdır.

Dullar və yetimlər:

• Bu mövzuda rəsmi bir məlumat olmamasına baxmayaraq səlahiyyətlilərə görə, ölkədəki dulların sayı ən az 1 milyon, yetimlərin sayı isə 3 milyondur.

Çoxu uşaq 1 milyona yaxın İraqlı, həyatını itirdi

İraqdakı əli qanlı Amerikan əsgərlərinin muharibədə vəzifələrinin rəsmi olaraq sona çatmasına bir neçə gün qalmış bu ölkədən ayrılanlar "vəzifələrini tamamladıqları" üçün məmnun olduqlarını söyləyir. İraqdakı döyüş 4 min 400dən çox Amerikan əsgəri ilə 300dən çox koalisiya əsgərinin ölümünə, minlərcəsinin də yaralanmasına gətirib çıxardı. İraqlılar isə 1 milyona yaxın vətəndaşını itirdi, yüz minlərcəsi də yaralandı. ABŞ Səddam Hüseynin diktatorluğundan sonra İraqa demokratiyanı gətirdiyini söyləyir, amma ölkə etnik qarşıdurmalar kölgəsində şiddət, qırıq sökük  bir infrastruktur ilə siyasi böhranın pəncəsinə düşmüş vəziyyətdə sıxılır.

Polad Aslan

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.