İlahi möcüzə, dişi bal arısı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » İlahi möcüzə, dişi bal arısı
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » İlahi möcüzə, dişi bal arısı

     
 
Elm və mədəniyyət » İxtiralar və kəşflər: İlahi möcüzə, dişi bal arısı
 
 
Müəllif: Zaur | 5 Oktyabr 2009 | 14080 dəfə oxunub
http://zeka.az/95-304lahi-m246c252z601-di351i-bal-ar305s305.html
alt

“Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və onların qurduğu çardaqlarda özünə evlər tik! Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə asanlaşdırdığı yollarla get!”

Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!” (Nəhl surəsi, ayə 68-69).

Müasir elm isbat etmişdir ki, erkək arılar istisna olmaqla, hər bir arının ayrı-ayrılıqda çoxlu vəzifəsi vardır. Belə ki, erkək arılar nə pətəyin müdafiəsinə və təmizliyinə, nə qida toplamağa, nə pətək və bal hazırlamağa kömək etmirlər. Erkək arıların pətəkdəki yeganə işi yalnız şahzadə (ana) arını mayalandırmaqdan ibarətdir. Bununla da onlar öz işlərini bitmiş hesab edirlər. Bu da heç şübhəsiz ki, ilahi bir qanunauyğunluqla bağlı məsələdir, yəni Yaradan erkək arıları bu sayaq xəlq etmişdir.

Cinsiyyət üzvündən başqa heç nəyi olmayan erkək arılar digər arılardakı xüsusiyyətlərin demək olar ki, heç birinə sahib deyildirlər və elə buna görə də onların şahzadə arını mayalandırmaqdan savayı bir iş görməsi də praktiki olaraq mümkün deyil.

Pətəyin bütün yükünü öz üzərinə götürən işçi arılar şahzadə arılar kimi dişi olmasına baxmayaraq, onların yumurtalıqları inkişaf etməmişdir və onlar qısırdır. İşçi arıların pətəyi təmiz saxlamaq, arı puplarına və körpə arılara qulluq etmək, şahzadə arını və erkək arını qidalandırmaq, bal hazırlamaq, pətək qurmaq, pətəkdəki “təmir” işlərini məharətlə yerinə yetirmək, pətəyin havasını müntəzəm şəkildə dəyişmək, pətəyin təhlükəsizliyini təmin etmək, nektar, çiçək tozu, su, qətran kimi maddələrin tədarükünü görmək və onları ehtiyatla ( “anbara” ) yığmaq kimi mühüm vəzifələri vardır.

Ərəb dilinin qrammatikasında felin iki növ işlədilməsi vardır və fellərin bu cür istifadə edilməsindən failin (burada: canlının) erkək və ya dişi cinsindən olması aydınlaşır. Əvvəldə gətirdiyimiz ayələrdə arı üçün işlədilən fellər felin qadın cinsini bildirən şəklində işlədilmişdir. Beləliklə, Quranda bal hazırlayan arıların dişi olmasına işarə edilir.

Yaddan çıxarılmamalıdır ki, arılarla bağlı bu həqiqətin 1400 il bundan əvvəl bilinməsi mümkün deyildi. Ancaq Allah-Taala diqqətləri bu həqiqətə çəkərək Quranın daha bir möcüzəsini də bizə göstərmişdir.

BALDAKI  ŞƏFA

Bal ayələrdə də göstərildiyi kimi, insanlar üçün şəfa olmaq xüsusiyyətlərinə malikdir. Elmdə bir addım öndə gedən ölkələr balın insan səhhəti baxımından əhəmiyyətini ciddi şəkildə nəzərə alıblar və bu ölkələrdə arıçılıq, arı məhsulları artıq ayrıca bir tədqiqat sahəsi kimi araşdırılır. Balın faydasını onun ümumi cəhətlərini nəzərə almaqla belə sıralamaq olar: 

ASANLIQLA  HƏZM  EDİLİR

İçindəki şəkərin bir başqa növ şəkərə (fruktozanın qlükozaya) çevrilə bilmə xüsusiyyəti sayəsində bal özündə yüksək miqdarda turşu (asit) ehtiva etsə də, o, ən həssas mədə tərəfindən də asanlıqla həzm edilmə qabiliyyətinə malikdir. Eyni zamanda, bağırsaqların və böyrəklərin daha yaxşı işləməsinə kömək edir.

SÜRƏTLƏ  QANA  QARIŞIR   SÜRƏTLİ  ENERJİ  MƏNBƏYİDİR

Bal ilıq suya qarışdırılaraq içildikdə 7 dəqiqə ərzində qana qarışır. Bununla yanaşı, özündə ehtiva etdiyi sərbəst şəkərlərə görə beynin asan işləməsini təmin edir.

Eyni zamanda, bal fruktoza və qlükoza kimi sadə quruluşlu şəkərlərin təbii qarışığıdır. Arıların son elmi-tədqiqat işlərinin nəticəsinə görə, şəkərlərin belə özünəməxsus qarışığı halsızlığın, zəifliyin, yorğunluğun aradan qaldırılmasında ən təsirli üsuldur. Bal bu baxımdan adamı həddən çox gümrahlaşdırır, onun fiziki qüvvəsini və daxili enerjisini artırır.

QAN  YARANMASINA  KÖMƏK  EDİR

Bal qan hazırlanması üçün bədənin ehtiyac hiss etdiyi enerjinin mühüm bir hissəsini təmin edir. Bundan başqa, qanın təmizlənməsinə də bilavasitə yardım edir. Bədəndəki qan dövranını nizamlamaq və asanlaşdırmaq yönündə xüsusi təsiri vardır. Bal həm də damar sərtliyinə, yəni damarların kirəcləşərək öz elastikliyini itirməsinə qarşı mühüm bir qoruyucudur.

BALIN  ANTİMİKROB  TƏSİR   XÜSUSİYYƏTLƏRİ   VAR

Onun antimikrob xüsusiyyəti orqanizmdə müəyyən bakteriyaların və kifin böyüməsinə mane olmasıdır. Balın bakteriyanın sığınacaq tapmasına imkan verməyən xüsusiyyəti təbabətdə “inhibinə təsir” adlandırılır.

Balın antimikrob olmasını təmin edən çoxlu səbəblər var. Bunların arasında mikro orqanizmlərin böyümək üçün ehtiyac hiss etdiyi su miqdarını nizamlayan yüksək şəkərə malik olmasını, yüksək turşu nisbətini (aşağı) bakteriyaları böyümək üçün ehtiyac duyduqları azotdan məhrum edən daxili zənginliyini saymaq olar. Balda hidrogen-pereoksidin olması bakteriyaların çoxalmasına mane olur.

BAL  ANTİOKSİDANDIR

Sağlam həyat tərzi keçirmək və sağlam yaşamaq istəyən hər bir kəsin, xüsusilə antioksidan istehlak etməsi olduqca vacibdir.

Antioksidanlar hüceyrələrdə adi metabolizmanın zərərli ətraf məhsullarını təmizləyən qarışıqlardır. Bunlar qida pozulmalarına və xroniki xəstəliyə səbəb olan dağıdıcı kimyəvi təsirləri azalda bilən elementlər hesab edilir. Mütəxəssislər antioksidan baxımından zəngin olan qidaların ürək xəstəlikləri və xərçəng kimi xəstəliklərin qarşısını alacağına inanır. Nəzərdən qaçırılmamalıdır ki, təbii balın tərkibində də güclü antioksidanlar vardır.

BAL  VİTAMIN   MINERAL  “ANBARI”DIR

Təbii balın tərkibində fruktoza və qlükoza kimi şəkərlərlə yanaşı, maqnezium, postasium, kalsium, natrium-xlor, dəmir və fosfor kimi minerallar da var. Aparılan uzun müddətli elmi tədqiqatlar nəticəsində aşkarlanmışdır ki, (nektar və çiçək tozu öz qaynaqlarının xüsusiyyətlərinə görə dəyişməkdədir) balda B1, B2, C, B6, B5 və B3 vitaminləri də var. Bundan başqa, balda az miqdarda mis, yod, dəmir və sinkin olduğu da kəşf edilmişdir.

BALDAN YARALARIN MÜALİCƏSİNDƏ İSTİFADƏ EDİLİR

Yaraların müalicəsində istifadə ediləndə balın havadan nəm çəkə bilmək xüsusiyyəti sağalma prosesini sürətləndirərək, yaranın üstünü örtən təzə dərini təşkil edəcək epital hüceyrələrin böyüməsini sürətləndirir. Beləliklə, böyük yaraların müalicəsində baldan istifadə ediləndə toxumların köçürülməsinə ehtiyac aradan götürülür.

Bal sağalma mərhələsinə daxil olan toxumaları yenidən böyümələri üçün hazırlayır. Yeni kapilyar damarların əmələ gəlməsini sürətləndirərək dərinin daha dərindəki toxuma bağlarının yerini alan fibrolastların böyüməsinə yardımçı olur və sağalmağın ğücünü çoxaldan liflərin emalını sürətləndirir.

Balın yaranın ətrafından şişi azaldan antienflamatuar bir təsiri də var. Bu qan dövranını artırır, qan dövranı sürətlənir və hissedilən ağrı kəskin surətdə azalır.

Bal yaranın altındakı toxumalara yapışmır və buna görə də meydana gələn toxumaların zədələnməsi və ağrı baş vermir.

Bundan başqa, yuxarıda qeyd etdiyimiz kimi, balın antimikrob təsiri olduğu üçün bu qida məhsulu infeksiyanın əmələ gəlməsinin qarşısını alır, mövcud infeksiyanı isə sürətlə təmizləyir. Bal bakteriyaların antibiotik müqavimət xüsusiyyətlərinə qarşı da çox təsirlidir. Antiseptiklərin və antibiotiklərin əksinə olaraq, yaradakı toxumaların üzərində mənfi təsirlər saxlamır.

Aparılan kliniki təcrübələr və müşahidələr nəticəsində balın artıq qeyd etdiyimiz kimi, antibakterial və antienflamatuar xüsusiyyətlərə malik olduğu ortaya çıxmışdır. Balın yaralardakı infeksiyanın və buralardakı ölü hüceyrələrin əmələ gəlməsində çox böyük təsiri vardır. Baldan hələ ən qədim zamanlarda dərman olaraq istifadə edilməsi haqqında tarixi kitabələrdə də bəhs edilir. Çağdaş günümüzdə də alimlər və həkimlər balın yaraların müalicəsində təsirini yenidən kəşf etmişlər. 20 ildən artıq bir müddətdə balı araşdırmaq sahəsinə rəhbərlik edən və Yeni Zellandiyadakı Vayxato Universitetində biokimya professoru vəzifəsində çalışan doktor Peter Molan bu əvəz olunmaz qida məhsulunun antimikrob xüsusiyyətləri ilə bağlı mütəxəssis olaraq deyib:

“Təsadüfi təcrübələrlə müəyyən olunub ki, bal yanıq yaralarındakı infeksiyanı öz nəzarəti altında saxlayır, xəstəxanalarda əksər hallarda antibakteriya dərmanı olaraq istifadə edilən gümüş sulfidiazindən daha təsirlidir və yeni toxumaların inkişafını sürətlə hərəkətə gətirir.”

2000-ci il sentyabr ayının 10-13-də Avstraliyanın Melburn şəhərində keçirilən “Dünya birinci yara müalicəsi konfransı”nda infeksiyalı yaraların müalicəsində təbii balın istifadəsi ilə bağlı geniş elmi diskusiya aparılıb. Tədbirdə əsasən aşağıdakı fikirlər önə çəkilib: “Əksər antibakterial maddə bakteriyalara görə infeksiyaya yoluxmuş yaraların müalicəsində antibiotiklərə müqavimət göstərirlər. Bu vəziyyət mühüm tibbi problemlər yaradır. Həmçinin çoxlu təbii maddələr də yaraların müalicəsində təsirli deyil. Ancaq bal bunlardan çox fərqlidir. Balın yaralı toxumaların müalicəsində istifadəsi 4 min illik keçmişə malikdir. Balda çox güclü antibakterial xüsusiyyətlər var, dolayısı ilə yaraların infeksiyalarda qorunmasında olduqca təsirlidir...”

Bütün bu deyilənlərdən bir daha aydın olur ki, təbii bal şəfaverici təsiri çox güclü olan bir qida növüdür. Müqəddəs Quranda balın şəfavericiliyi haqqında ayə nazil olması bir daha onu təsdiq edir ki, sonsuz qüdrətə sahib olan Allah-Taala yaradılışın hər bir zərrəciyində bir sirli aləm gizlətmişdir və bu aləmə baş vurduqca heyrətlənməyə bilmirsən.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 3
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.