Qəflət nədir? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Qəflət nədir?
 
 » Sağlamlıq » Psixologiya » Qəflət nədir?

     
 
Sağlamlıq » Psixologiya: Qəflət nədir?
 
 
Müəllif: Admin | 9 Sentyabr 2010 | 12764 dəfə oxunub
http://zeka.az/950-qjfljt-njdir.html

Qəflət  nədir? 

   Qəflət – xəbərsizlik  və  unutmaq  mənasını  verir. Onun  əksi   zikrdir. Zikr  agahlıq  və  xatırlamaq  mənasında  işlədilir. Qəflət  ilə  zikr  biri  digərinə  zidd  olduğu  üçün  biz  Allahı  və  Axirəti  zikr  etməyin  mənasını  açıqlayırıq. Çünki o  aydın  olsa  Allaha  və  Axirətə  aid  qəflətin  də  mənası  açıqlanar. Allahı  zikr  etməyin  mənası  aşağıdakı  formadadır:

  İnsan  öz  ağlının  nuru  ilə  agah  olur  və  başa  düşür  ki, əzəmətli  bir  Allah tərəfindən  yaradılmışdır. O  Bilən, Görən, Bacaran  və  Bəsləyəndir. İnsanın  özü  və  hər  şeyi  Ondandır. Habelə  yaradılış  aləmindəki  irili – xırdalı  hər  bir  şey  Onun  tərəfindən  yaradılıb  və  bəslənilib. Qısacası, var  olan  nə  varsa  Ondandır. Bu  bilik  Allaha  iman  deməkdir. Bunlardan  qəflət  edib  xəbərsiz  qalmaq  həqiqi  küfürdür (burada  küfrün  leksik  mənası  nəzərdə  tutulur. Yəni  nəyinsə  üstünü  örtmək. Aydındır  ki, Allahdan  qafil  olan  qəlb  qəflət  halında  örtülmüş  vəziyyətdədir. Qəlb  nəyi  və  kimi  xatırlayırsa  o  aşkardır, Allah  isə  gizlindir. Yəni  məqsədimiz  zahiri  və  termin  kimi  işlədilən  küfr  deyil, qəflətdə  olan  şəxs  müsəlmandır   və  islam  hökmlərinə  şamildir). Əgər  bu  qəflət  davamlı  olsa  və  insan  belə bir  vəziyyətdə  ölsə  küfr  ilə  ölmüş  olur.

  Bir  şeirin  mənası:

      Müəyyən  vaxt  ərzində  haqdan  qafil  olan  şəxs  həmin  halda  kafirdir,  amma  küfrü  gizlindir. Əgər  bu  qəflət  davamlı  olsa  İslam  qapısı  həmin  şəxsin  üzünə  bağlı  olar. Bu  küfr  haləti  davamlı  olsa  qəsavət  qəlbi  bürüyər. O  zaman  insan  anlamaz, kor  və  kar  olar. Belə ki, artıq  heç  vaxt  Allahı  xatırlamaz. Bu  küfür  haləti  davamlı  olmasın  deyə,  gündə  beş  dəfə, yəni sübh, zöhr, əsr, məğrib və  işa  namazları Allahı  xatırlamaq  vacib  olmuşdur . Məqsəd  odur  ki, bu  beş  vaxtda  Allahdan  agah  olmağın  vasitəsilə  ara  vaxtlarda  yaranmış  qəflətlər  qəlbi  qəsavətləndirməsin.

 “Sağlam Qəlb kitabı”...

Psixoloq Zeyneb  Adil  qizi  Zeynalova

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 3
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.