Lənkəran və Astarada sel: onlarla ailə evakuasiya olunub » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Lənkəran və Astarada sel: onlarla ailə evakuasiya olunub
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Lənkəran və Astarada sel: onlarla ailə evakuasiya olunub

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Lənkəran və Astarada sel: onlarla ailə evakuasiya olunub
 
 
Müəllif: Carchi | 11 Sentyabr 2010 | 12304 dəfə oxunub
http://zeka.az/954-ljnkjran-vj-astarada-sel-onlarla-ailj-evakuasiya-olunub.html

Lənkəran və Astarada sel: onlarla ailə evakuasiya olunub

FHN bir qadını sel apararkən xilas edib

Sentyabrın 9-dan başlayan aramsız yağışlar Azərbaycanın cənub bölgəsində sellə nəticələnib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Lerik rayonunda intensiv yağan yağışlar dağ çaylarında suyun artmasına və daşqınlara səbəb olub. Nəticədə Lerikdəki çaylar məcrasından çıxıb. Sel suları həyati əhəmiyyətli Lənkəran-Lerik yolunda hərəkətin dayanmasına səbəb olub. Yolun bir hissəsinin uçqun nəticəsində bağlanması sakinlər üçün problemlər yaradıb. Səhərə yaxın Lənkəran-Lerik yolu Lənkərandan gələn ağır texnikanın köməyi ilə müvəqqəti də olsa açılıb, gediş-gəliş bərpa olunub.

Lerikdə yağış əvvəlki intensivliyi ilə olmasa da bu saatlarda da davam edir. Lerik rayon Fövləqadə Hallar Komissiyasının sədri, rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikovun ANS PRESS-ə verdiyi məlumata görə, rayonda son onilliklərdə belə güclü yağış yağmayıb. İki gün ərzində dağ çaylarında suyun səviyyəsi kritik həddə çatıb.

Lerikdə dağ çaylarında suyun artması qonşu Lənkəran rayonunda fəsadlar yaradıb. Lerikdən gələn çayların axdığı Lənkəran çayında axşam saatlarında suyun səviyyəsinin birdən-birə 3 metrdən çox qalxması ilə nəticələnib. Lənkəran rayon icra hakimiyyəti başçısının 1-ci müavini, rayon FHK sədri İlqar Dadaşovun ANS PRESS-ə verdiyi məlumata görə, gecə Lənkəranda sel təhlükəsi ilə bağlı kritik vəziyyət yaranıb. Lənkəranın dəniz kənarındakı çay sahili kəndlərində 100-dən çox evin həyətində 1 metrdən çox su yığılıb. Gecə ilə Lənkəran şəhər İcra Hakimiyyəti həmin ərazidən əhalinin təhlükəsiz yerə köçürülməsini təmin edib. Eyni zamanda əhalinin mal-qarası da ərazidən çıxarılıb.

Ən çox ziyan çəkən kəndlərdən biri rayonun Lənkəran çayı kənarında yerləşən Sutəmurdov kəndi olub.

Sutəmurdov kəndi üzrə ərazi icra nümayəndəsi Rəvan Şükürov bildirib ki, əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə axşam saatlarından səhər saatlarına qədər Sutəmurdov körpüsündə nəqliyyatın və əhalinin hərəkəti dayandırılıb. Lənkəran rayon Fövqəladə Hallar Komissiyasının sədri İlqar Dadaşovun verdiyi məlumata görə isə səhər saat 7-yə qədər Lənkəran çayında suyun səviyyəsi təxminən 1 metrdən çox aşağı düşdüyündən körpüdə hərəkət bərpa edilib.

Lənkəran şəhərində Cavanşir, Vidadi küçələrində 10-larla evin həyəti su altındadır və sakinlər gecə ilə evlərindən köçürülüb. Rayonun Kosalar, Velədi, Yuxarı Nüvədi, Əşlə, Siyobili, Rvo, Təngərud kəndlərində də 10-larla ev su altında qalıb. Yuxarı Nüvədi kənd sakini Rəvayət Bayramovanı sel apararkən Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin sudan xilasetmə qrupunun üzvləri xilas edib. Həmin qadın sel gələndə ərazidə odun yığırmış.

Sel rayonun Əşlə körpüsünə də ziyan vurub. Daşdatük kəndindəki körpünü aparıb. Biləsər kəndində körpünün dəmir boruları, Xanbulançay su qovşağında minlik boruları su dağıdıb. Əhalinin mal-qarasına dəyən ziyan barədə hələlik konkret məlumat olmasa da, burada tələfatın olduğu istisna edilmir. Rayona dəyən ziyanın həcmi dəqiqləşdirilir.

Sel Astara rayonuna da ziyan vurub. Rayon FHK-nın sədri Məzahim Hüseynovun verdiyi məlumata görə, rayondakı dağ çaylarında suyun səviyyəsi kəskin şəkildə qalxıb. Nəticədə Astara çayı məcrasından çıxaraq Rüdəkənar kəndi istiqamətində 10-larla həyəti basıb, sel suları evlərə də dolub. Sel dağ yollarında gediş gəlişi çətinləşdirib.

Hazırda bölgənin bütün rayonlarında yağış yağır. Rayonların enerji təminatında fasilələr var. Kəndlərdə axşam saatlarından elektrik enerjisi yoxdur.ANS





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 13
Robot: 5
Qonaq: 8
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.