QMİ Qurani-Kərimin təhqir edilməsi və yandırılması ilə bağlı açıqlama yayıb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » QMİ Qurani-Kərimin təhqir edilməsi və yandırılması ilə bağlı açıqlama yayıb
 
 » Xəbərlər » Həftə içi xəbərlər » QMİ Qurani-Kərimin təhqir edilməsi və yandırılması ilə bağlı açıqlama yayıb

     
 
Xəbərlər » Həftə içi xəbərlər: QMİ Qurani-Kərimin təhqir edilməsi və yandırılması ilə bağlı açıqlama yayıb
 
 
Müəllif: Admin | 13 Sentyabr 2010 | 12237 dəfə oxunub
http://zeka.az/959-qmd-qurani-kjrimin-tjhqir-edilmjsi-vj-yanddrdlmasd-ilj-badld-agdqlama-yaydb.html

Qafqaz Müsəlmanları İdarəsi Qurani-Kərimin təhqir edilməsi və yandırılması təhdidi ilə bağlı açıqlama yayıb

 Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ABŞ-da Qurani-Kərimin təhqir edilməsi barədə məlumatlara münasibətini açıqlayıb.

İdarənin yaydığı açıqlamada bildirilir ki, İslamın müqəddəs kitabı Qurani-Kərimin təhqir edilməsi, ondan tonqal qalanacağı təhdidi ilə bağlı yayılan xəbərlər hədsiz narahatlıq və hiddət doğurur.

“Səmavi kitabların sonuncusu olan Qurana belə bir təhqiredici münasibətin bütün dünyada demokratiya dəyərlərinin ardıcıl müdafiəçisi qismində çıxış edən bir ölkədə nümayiş etdirilməsi olduqca acınacaqlı və fəsadlıdır. Belə ki, demokratiya pərdəsi altında çirkin, insanlıqdan uzaq hərəkətlərin baş verməsi demokratiya adına ləkədir və ondan sui-istifadədən başqa bir şey deyil. Belə bir hadisə heç bir ölkəyə, cəmiyyətə başucalığı gətirməz.

 Təəssüf doğuran məqam ondan ibarətdir ki, həqiqi din xadimlərinin dünyada dinlərarası dialoq və əməkdaşlıq sahəsində real nəticələr əldə etmək yönündə böyük səylər göstərdiyi bir vaxtda etiqad etdiyi dinin daxilində də təfriqə salan üzdəniraqlar tərəfindən törədilən təxribat 2001-ci il 11 sentyabr terror hadisəsini mübarək İslam dini ilə bağlamağa cəhd edənlərin iflasından sonra islamafobiya dalğasını yenidən qabartmağa xidmət məramı daşıyır”, – deyə açıqlamada bildirilir.

  Qafqaz Müsəlmanları İdarəsi milyonlarla müsəlmanın heysiyyətinə toxunan bu hadisəyə qəti etirazını bildirir: “ABŞ dövlətinin rəhbərliyi və cəmiyyətini, milli, dini mənsubiyyətindən asılı olmayaraq, bütün dünya ictimaiyyətini bu mənəviyyatsız addıma qarşı vahid, ciddi qınaq mövqeyindən çıxış etməyə, təxribatçıların öz mənfur niyyətlərinə çatmalarının qarşısını birgə səylərlə almağa çağırırıq”. APA





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.