Bərdədə aparılan arxeoloji qazıntılar nəticəsində daş dövrünə aid nümunələr aşkar olunub » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Tarixi abidələr » Bərdədə aparılan arxeoloji qazıntılar nəticəsində daş dövrünə aid nümunələr aşkar olunub
 
 » Elm və mədəniyyət » Tarixi abidələr » Bərdədə aparılan arxeoloji qazıntılar nəticəsində daş dövrünə aid nümunələr aşkar olunub

     
 
Elm və mədəniyyət » Tarixi abidələr: Bərdədə aparılan arxeoloji qazıntılar nəticəsində daş dövrünə aid nümunələr aşkar olunub
 
 
Müəllif: Admin | 13 Sentyabr 2010 | 12748 dəfə oxunub
http://zeka.az/960-bjrdjdj-apardlan-arxeoloji-qazdntdlar-njticjsindj-dae-dgvrgnj-aid-ngmunjljr-aekar-olunub.html

Bərdədə aparılan arxeoloji qazıntılar nəticəsində daş dövrünə aid nümunələr aşkar olunub

 Qədim Bərdə şəhərinin Şatırlı kəndində Balatəpə adlanan sahədə aparılan arxeoloji qazıntılar zamanı daş dövrünə aid maddi mədəniyyət nümunələri aşkar olunub. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, arxeoloji ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru Arif Məmmədovun sözlərinə görə, hər il həyata keçirilən qazıntılar nəticəsində Bərdənin qədimliyinə dair yeni məlumatlar əldə olunur. Yəni indiyə qədərki tədqiqatlar Bərdənin tarixinin erkən orta əsrə getməsinə dair məlumatlar verirdisə, son qazıntılar ərazidə ilk tunc dövründə şəhər tipli yaşayış məskəninin mövcud olmasını deməyə əsas yaradır.

 A.Məmmədov ərazidə aparılan arxeoloji qazıntılar zamanı əsasən eneolit dövrünə aid olan həm yaşayış məskəni, həm də maddi mədəniyyət nümunələrinin aşkar olunduğunu bildirdi: “Qazıntılarda həmin dövrdə kəsici alət kimi istifadə olunan daşlar da tapılıb. Eləcə də həmin dövrə aid olan saxsı dulus məmulatlarını üzə çıxarmışıq. Burada xüsusi skletlər tapılır ki, onların üzərinə oxralar tökülüb. Bu da eneolit dövrünə aid olan xüsusiyyətlərdir. Burada eneolit dövründən əvvəl, hətta neolit dövrünə aid daş baltalar tapılıb. Bu da onu göstərir ki, ərazidə yaşayış daş dövründən başlayıb." www.science.gov.az





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.