Şəhid haqqında xatirə » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Şəhidlər ölmür » Şəhid haqqında xatirə
 
 » Şəhidlər ölmür » Şəhid haqqında xatirə

     
 
Şəhidlər ölmür: Şəhid haqqında xatirə
 
 
Müəllif: Amir | 14 Sentyabr 2010 | 13409 dəfə oxunub
http://zeka.az/961-ejhid-haqqdnda-xatirj.html

Şəhid haqqında xatirə

 Mən Cəlilabad rayonuna çatanda bütün maşınlarda, yol boyu divarlarda, insanların sinəsində bu iki şəhidin – Fərid və Əhmədin şəkillərinin asıldığını gördüm. Mən də həmin şəkillər və şəhidlər barəsində bəzi məlumatları əldə etdim. Əvvəla başlamaq istəyirəm şəhid Fəriddən. Birinci Fəriddən başlamamağımın səbəbi Fəridin mübarək cənazəsinin hələ də ermənilərdə qalması və qaytarılmamasıdır. Fərid çox gözəl bir ailədə 1986-cı ildə dünyaya gəlib. Ailədə 1 bacı və 1 qardaş olublar. Atası çox cavan yaşlarında ağır xəstəlikdən dünyadan köçüb. Anası bir oğlu və bir qızı ilə, əsas da oğlu Fərid ilə nəfəs alırdı. Fərid ata tərəfdən nəsildə yeganə oğlan uşağı idi ki, nəslinin davamçısı sayılırdı. Yəni Fəriddən başqa o nəsildə oğlan uşağı yox idi. Buna görə də, bütün nəsil Fəridi həmişə əziz tutardı. Belə də demək olar ki, Fəridin şəhadəti ilə bir nəslin davamına son verildi. Mən Fəridi şəxsən tanıyırdım. Şəxsən tanıdığıma baxmayaraq, çoxdan idi ki, mən onu görməmişdim. Təqribən bir ay bundan qabaq qoca nənəsinə, xəstə bibisinə, anasına və təzə ailə qurmuş bacısına baş çəkmək üçün məzuniyyətə gələndə mən onu İnşaatçılar metrosunun yanında gördüm.Tanımadım… Bilirsinizmi niyə? Allah elə bil şəhidə əvvəlcədən nur verir, sonra özünə qonaq edir. Çox gözəl şeylər eşitdim onun haqqında. Fərid ailə qurmamışdı hələ. Ən çox eşitdiyim bir şey məni, onu tanıyanları, bütün dindar qardaşları çox heyrətləndirdi. Fərid baş leytenant rütbasini təzə almışdı. Əsgər dostlarının dediyinə görə, onun şəhid olmamışdan qabaq 2-cı Şəhidimiz Əhmədə “Sən qayıt Əhməd, sənin ailən, uşaqların var! Mən gedərəm” – deməsi və bundan sonra Əhmədin ürəyindən güllə yarası alaraq şəhid olması, ən əsası da Fəridin oruc halında şəhid olması – onun hansı dərəcədə ucaldığından xəbər verir. Fərid ən ağır bir hərbi hissədə xidmətdə olmasına baxmayaraq,  namazında, orucunda, anasına itaətində çox diqqətli idi. Nənəsinin dediyinə görə, məzuniyyətə gələndə Şəhid Mübarizin şəklini gətirmişdi. Deyirmiş ki, nənə bax, bu şəhid Mübarizdir! Mənimlə birlikdə Tər-Tərdə xidmət edirdi. Şəhid oldu. Allah şəhidi çox istəyir. Nənə öp şəkili (yəni Mübarizin şəklini). Mən də həmin yerdə qulluq edirəm ola bilər mən də şəhid olaram.

  Demirəm Fərid şəhidliyi istəyirdi, mən bunu Fəriddən soruşmadığım üçün deyə bilmərəm, amma hamı bilir ki, Tər-Tərdə hərbi qulluq etməyin hər bir anı ölümlə üz-üzə durmaq deməkdir. Hələ də Fərid kimi kəşfiyyat bölüyünün komandiri olmaq. Mən Fərid haqqında çox şey yaza bilərəm, amma yazdıqca qəhərlənirəm, doluram. Niyə Fəridin ansaı Nərgiz xanım bu gün o vəziyyətə düşsün ki?! Fərid dünyadan köçən gündən nə yemək yeyir, nə yatır, nə də yaşamaq istəyir. Yeganə istəyi bir balası Fəridin ruhu ilə qovuşmaq, ya da ki, onun düşmən əlində qalmış cənazəsinə qovuşmaqdır. Fəridin imanı, təqvası, mədəniyyəti, əxlaqı haqqında danışsam, hələ mənim bildiklərimə görə, İslamda onun Allah dostlarından olması üçün onun nail olduqları yetərlidir. Mən onun hüzr məclisində iştrak edərkən o qədər insanın onun haqqında danışdıqlarını eşitdikdə həqiqi mənada rəğbət bəslədim ki, Fəridin nə qədər sevəni, dostu, onun əxlaqını bəyənəni var. Siz görsəydiniz ki, Əhməd və Fəridin 7 mərasimi (Fitr bayramına təsadüf etmişdi) Cəlilabadda necə qeyd olunurdu?! Neçə yüzlərlə insanın Əhmədgilin evindən Fəridgilin evinədək Allahın müqəddəs adlarını zikr edə-edə yürüş etmələri, tanınmış ilahiyyatçılarımızın onların məclislərində nitq söyləmələri, bir sözlə, əsl şəhidin necə olduğundan xəbər verdi.

 Anasının Fərid deyən fəryad səsləri mənim qulağımdan hələ də getməyib. Allah ona və bütün şəhid analarına səbr versin və Fəridin anasının da şəfasını versin. Əhməd barəsində isə mən onu deyə bilərəm ki, Əhməd rayonun hörmətli oğullarından biri idi. Ziyalı ailəsində dünyaya gəlmişdı. Demək olar ki, yaşadığı ömrün çox hissəsini hərbiyə qurban vermişdi. O, 10 ilə yaxın Türkiyədə hərbi təhsil almışdı. Mən Əhmədi şəxsən tanımasam da, onun yas məclisində iştirak edən izdihamın çoxluğu; Onun qəbrinin üstünü bəzəyən İmam Hüseyn ağanın qara bayraqları onun da adi insan olmadığından xəbər verirdi. Deyirəm Allah şəhidə nə qədər hörmət verib ki, ölümüylə şəhid qəlblərdə dirilir, ölməzliyə yüksəlir. Qoy belə həssas anlarda Şəhidlərin ruhu xalqımıza duaçı olsun!!!

Yazdı Amir Xəlilov

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Zehra (25 Sentyabr 2010 15:08)



Qrup: Jurnalist
Tarix: 19.09.2010
Təbii və şişirtmədən uzaq bir yazıdır, bəyəndim. Səmimi qəlbdən gələn söz qələblərə tez yatır!
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 11
Robot: 1
Qonaq: 10
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.