Pintilik psixi xəstəlikdir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Pintilik psixi xəstəlikdir
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Pintilik psixi xəstəlikdir

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Pintilik psixi xəstəlikdir
 
 
Müəllif: Carchi | 14 Sentyabr 2010 | 12084 dəfə oxunub
http://zeka.az/963-pdntdldk-psdxd-xzhstzhldkddr.html

PİNTİLİK PSİXİ XƏSTƏLİKDİR

 Almaniya mütəxəssisləri əmindirlər ki, pintilik psixi xəstəlikdir. Bunun üçün onlar “sindrom messi” kimi xüsusi termin də düşünüb tapmışlar. “Messy” ingilis sözü olub, “nizamsız”, “çirkli” deməkdir. Ekspertlərin hesablamalarına görə, Almaniyada azı 2 milyom adam bu xəstəlikdən əziyyət çəkir.

 Bu xəstəliyə mübtəla olan insanlar gərəksiz şeylərin üst-üstə qalandığı, qab-qacağın və döşəmənin yuyulmadığı çirkli mənzildə yaşayırlar. Həyatın ağır məqamlarında olan insanlara dəstək üçün yaradılmış “H-TEAM” qeyri-hökumət təşkilatının başçısı doktor Vediqo fon Vedelin fikrincə, belə psixi pozğunluqlar əslində düzgün qiymətləndirilmir. Axı, sindromun əsas tərkib hissələrindən biri olan patoloji yığımcıllıq insanın normal yaşamasına mane olur, onun mənzili əsl zibilliyə çevrilir.

 Herrad Şenk diqqəti bu problemə cəlb etmək üçün pintilik sindromundan əziyyət çəkən bir qadın barədə kitab yazmışdır. “Ştern” jurnalının yazdığına görə, sindroma tutulmuş real xəstələrin ifadələri əsasında yazılmış “Yığıma həsr olunmuş ömür” kitabında insanların taleyi müxtəlif olsa da, xəstəliyin inkişaf tarixi hər yerdə eynidir. Xəstəlik ətrafdakılar üçün qəflətən başlayır. Zibillikdən tapılan lazımsız şeylər mənzilə daşınır, bütün bunları tullamaq cəhdləri isə “sərvət” sahiblərinin şiddətli müqavimətinə rast gəlir.

 İnsanın nə yaşı, nə sosial statusu, nə də cinsi xəstəliyin yaranmasına təsir göstərmir. Alimlər sindromun inkişafını onun vaxtilə aldığı psixoloji zədə, məsələn, doğma insanı itirməsi ilə bağlayırlar. Keçmişi xatırladan bəzi əşyaları qoruyub saxlamaq arzusu məhz buradan doğur. Bəlkə də belə halları adi xəsislik doğurur? Alimlər hesab edirlər ki, sindromdan tam qurtulmaq mümkün deyildir, lakin öz həyatını normaşllaşdırmaqda insana kömək etmək olar.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 4
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.