Fevqil ibrət yolunu Davuda göstərir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Fevqil ibrət yolunu Davuda göstərir
 
 » Sağlamlıq » Psixologiya » Fevqil ibrət yolunu Davuda göstərir

     
 
Sağlamlıq » Psixologiya: Fevqil ibrət yolunu Davuda göstərir
 
 
Müəllif: Zeyneb | 15 Sentyabr 2010 | 12519 dəfə oxunub
http://zeka.az/965-fevqil-ibrjt-yolunu-davuda-ggstjrir.html

Fevqil  ibrət  yolunu  Davuda  göstərir 

   İmam  Sadiqdən (Ona salam olsun) belə  nəql  olunur: Həzrəti  Davuddan (Ona salam olsun) bir  tərki-övla  (tərki-övla  o  işə deyilir ki, onu  etmək  vacib  və  ya  müstəhəb  deyil, sadəcə  olaraq  etməmək  daha  məsləhətlidir)  baş  verdikdə  40  gün  səcdədə  qaldı. Namaz  vaxtından  başqa  heç  vaxt  başını  səcdədən  qaldırmırdı. Axırda  alnı  deşildi  və  gözlərindən  qan  gəldi. Qırx  gündən  sonra  ona  belə  bir  nida  gəldi:

–     Ey  Davud, nə  istəyirsən? Acsansa  səni  doyuzdurum, susuzsansa  sənə  su  verim, çılpaqsansa  səni  geyindirim, qorxursansa  səni  əmin-aman  edim.

  Davud (ə)  ərz  etdi:

–     İlahi, axı  necə  qorxmayım, halbuki  Sənin  ədalətli  və  zalımların  zülmündən  vaz  keçməyən  bir  Allah  olduğunu  bilirəm.

  Allah ona  belə  vəhy  etdi:

–     Ey  Davud, tövbə  et.

  Bu  əhvalatdan  sonra  Davud (ə)  bir  gün  səhraya  doğru  hərəkət  edərək  Zəbur  kitabını  oxumağa  başladı. Həzrəti  Davud (ə)  nə vaxt  Zəbur  kitabını  oxuyurdusa bütün ağaclar, daşlar, quşlar, dağlar  hamılıqla  həzrəti  Davudla  birlikdə  ahu-fəryad  edirdilər.

  Həzrəti  Davud  bir  gün  Zəbur  oxuya-oxuya  bir  dağa  çatdı. Həmin  dağda  bir  mağara  var  idi  və  həmin  mağarada  Fevqil  adlı  ibadət  əhli  olan  bir  peyğəmbər  yaşayırdı. Fevqil (ə)  dağların  və  meşənin  səsini eşitdikdə  başa  düşdü  ki, gələn  Həzrəti  Davuddur. Davud  (ə)  yaxınlaşıb  dedi:

–     Ey  Fevqil, sənin  yanına  qalxmağıma  icazə  verirsənmi?

  Fevqil  (ə)  dedi:

–     Xeyr, sən  günahkarsan. Davud (ə)  ağladı. Fevqilə  vəhy  gəldi  ki, etdiyi  tərki-övlaya  görə  Davudu  məzəmmət  eləmə  və Məndən  salamat  qalmağı  istə, çünki mən  hər  kəsi  özbaşına  buraxsam  hökmən  xətaya  düçar  olacaq. Bunu  eşidən  Həzrəti  Fevqil (ə)  Davudun  əlindən  tutdu  və  öz  yanına  apardı.

  Həzrəti  Davud  dedi:

– Ey  Fevqil, heç  olubmu  ki, günah  etmək  istəyəsən?!

  Fevqil  dedi:

–     Xeyr!

  Davud  dedi:

–Heç  vaxt  ücbə (ücb  özünü  sevməyə  deyilir) düçar  olmamısan?

  Fevqil  dedi:

–Xeyr!

  Davud  dedi:

–     Heç  dünyaya  və  onun  şəhvətlərinə  meyl  etməmisən?

  Fevqil  dedi:

– Bəli, etmişəm.

  Davud  soruşdu:

–     Bəs  ona  necə  çarə  etmisən?

  Fevqil  dedi:

–     Bu  mağaranın  içinə  daxil  oluram  və  orada  olanlardan  ibrət  alıram. Bunu  eşidən  Davud  (ə)  onunla  birgə  mağaraya  daxil  oldu  və  gördü  ki, orada  dəmirdən  bir  taxt  qoyulub. O  taxtın  üzərində  çürümüş  sümüklər  və  yanında  da  dəmir  bir  lövhə  var. Davud  (ə)  lövhədə  yazılanları  oxumağa  başladı. Gördü  ki, orada  belə  yazılıb: Mən  Urvay  ibni  Şəlun  1000  il  padşahlıq  etdim. 1000  dənə  şəhər  saldım. 1000  qızın  bəkarətini  aldım. Amma  sonum  belə  oldu  ki, torpaq  mənim  döşəyim, daş  mənim  balışım, ilan-çiyan  isə mənim  qonşularım  oldu. Mənim  halımı  görən  dünyaya  aldanmasın.

            Məclisi, Eynul  həyat  kitabı, 172 – ci səhifə.

Bu  hədisi  yazmaqda  məqsədimiz  odur  ki, ağıllı  mömin  şəhvətləri  güc  gələndə  nəfsani  meylləri  çoxalanda  dərhal  ölümü  xatırlamaqla  özünü  qoruyar.

Yaranış  haqqında  düşünmək-   ibadətlərin  ən  yaxşısı.

  Əmirəlmöminin  (ə)  buyurur: Düşünməklə  qəlbini  agah  et!

   Həzrət  Sadiq  (ə)  buyurur: İbadətlərin  ən  yaxşısı  Allah  və  Onun  qüdrəti  barəsində  düşüncəyə  davam  etməkdir. Üsuli- Kafi, Babut- təfəkkür.

  Həzrət  Sadiq  (ə)  buyurur: Əbuzərin  ibadətinin  əsas  hissəsinin  düşünmək  və  ibrət  almaq  təşkil  edirdi.

  O  Həzrət  başqa  bir  hədisdə  buyurur: Bir  saat  düşünmək  bir  ilin  ibadətindən  yaxşıdır. Şübhəsiz  ağıl  və  düşüncə  sahibləri  nəsihət  götürürlər. Biharul-Ənvar, c.15, səh 195.

  Bu  hədis  bəlkə  də  demək  istəyir  ki, Allahın  xəllaqiyyəti  barəsində  bir  saat  düşünmək  bəzən  bir  il  düşüncəsiz  ibadətdən  daha  çox  mərifət  bəxş  edir.

  Həzrət  Əmirəlmöminin  (ə)  buyurur: Əgər  Allahın  böyük  qüdrəti  və  əzəmətli  neməti  haqqında  düşünsəydilər  şübhəsiz  doğru  yola  (Allahşünaslığa)  qayıdardılar  və  cəhənnəm  işgəncələrindən  qorxardılar. Nəhcul- Bəlağə.  Yəni  bu  dünyadan  sonra  cəza, savab  və  mükafat  dünyasının  gələcəyini  bilər  və  ondan  qorxardılar.

Sağlam  qəlb  kitabı

Psixoloq  Zeynəb  Zeynalova





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 2
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.