Bu gün Azərbaycanda yeni dərs ili başlayır » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 4-ü, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Bu gün Azərbaycanda yeni dərs ili başlayır
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Bu gün Azərbaycanda yeni dərs ili başlayır

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Bu gün Azərbaycanda yeni dərs ili başlayır
 
 
Müəllif: Carchi | 15 Sentyabr 2010 | 12484 dəfə oxunub
http://zeka.az/966-bu-ggn-azjrbaycanda-yeni-djrs-ili-baelaydr.html

Bu gün Azərbaycanda yeni dərs ili başlayır

 Bu gün Azərbaycanda yeni dərs ili başlayıb. Təhsil Nazirliyinin məlumatına görə, 2010-2011-ci tədris ilində ölkəmizin 4546 ümumtəhsil məktəbində 1 milyon 359 min 900 şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 169498 müəllim məşğul olacaq.

Yeni dərs ilində I sinif şagirdlərinin sayının 120 min 844 nəfər olacağı proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2009-2010-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 118 min 581 şagird qəbul olunub.

 Növbəti tədris ilində 36 dövlət ali təhsil müəssisində 116 min 930, 15 özəl ali məktəbdə isə 19430 tələbə təhsil alacaq. Onu da qeyd edək ki, dövlət ali təhsil ocaqlarında 12 min 800, qeyri-dövlət ali məktəblərində isə 2090 müəllim çalışır.

Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərlə pulsuz təminatı üçün ayrılmış 8 milyon manat vəsait hesabına 2010-2011-ci tədris ilinə 127 adda 4 milyon 641 min 700 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap edilib. Bu sıraya yeni kurikulum tətbiq edilən III siniflər üçün 40 adda 1 milyon 88 min 250 nüsxə dərslik və müəllim üçün metodik vəsait, I, VI və VIII-XI siniflər üçün isə 70 adda 3 milyon 417 min 800 nüsxə dərslik və 1 adda 600 nüsxə müəllim üçün metodik vəsait, xüsusi məktəblər üçün 12 adda 1070 nüsxə xüsusi şriftlərlə və brayl əlifbası ilə hazırlanmış dərsliklər daxildir.

 Onu da qeyd edək ki, 2010-cu ildə I siniflər üçün “Azərbaycan dili” dərslik komplekti (təlim rus dilində olan ümumtəhsil məktəbləri üçün), II siniflər üçün “Ərəb dili”, “Alman dili” və “Fransız dili”, III siniflər üçün bütün dərslik komplektləri, VIII siniflər üçün “Rəsmxət”, IX siniflər üçün “Coğrafiya” və “Azərbaycan Respublikasının Konstitusiyası”, XI siniflər üçün “İnformatika”, II sinif üçün “Udi dili” dərslikləri yeni hazırlanıb və çap olunub. Ans





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 4
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.