Şəhid Fərid Gülağa oğlu Əhmədov » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Şəhidlər ölmür » Şəhid Fərid Gülağa oğlu Əhmədov
 
 » Şəhidlər ölmür » Şəhid Fərid Gülağa oğlu Əhmədov

     
 
Şəhidlər ölmür: Şəhid Fərid Gülağa oğlu Əhmədov
 
 
Müəllif: Admin | 15 Sentyabr 2010 | 14595 dəfə oxunub
http://zeka.az/967-ejhid-fjrid-gglada-odlu-zhhmjdov.html
   Əziz istifadəçilər! Biz “Şəhidlər rubrikası”nda 17 ildən çox davam edən erməni işğalı nəticəsində şəhid olan vətən oğullarımız haqqında əldə edə bildiyimiz məlumatları xidmətinizə çatdırmağa çalışacağıq. Siz də bu işdə bizə yardımçı olsanız və haqlarında məlumatınız olan şəhidlərə aid bilgilərinizi bizə çatdırsanız sizə minnətdar olarıq. Böyüyən gəncliyimiz  bu cür gənclərdən, qəhrəmanlardan, şəhidlərimizdən örnək götürməlidir, Vətən üçün, torpağımız üçün canından keçən qəhrəmanlarımız, şəhidlərimiz əbədilik Azərbaycan tarixində yaşayacaq. Şəhid ailələrinə diqqət və qayğı göstərmək hər bir azərbaycanlının ən müqəddəs borclarından biridir. Biz də açdığımız bu rubrika ilə öhdəmizə düşən borcun qismən kiçicik hissəsini ödəməyə çalışacağıq. Bunu da qeyd edək ki, şəhidlər haqqında verilən məlumatlarda ardıcıllıq əsas götürülməyəcək. Haqqında ilk olaraq məlumat vermək istədiyimiz şəxs – Mübariz İbrahimovun şəhadətindən sonra şəhadətə çatdırılan Fərid Əhmədovdur.

Beləliklə, Fəridin şəhadəti ilə bağlı məlumatları diqqətinizə çatdırırıq:  “Sentyabrın 3-dən 4-nə erməni hərbçiləri cəbhənin Tərtər rayonu Çiləbürt kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinə qarşı qəfil hücuma keçib. Atışma zamanı iki hərbi qulluqçumuz – Abdullayev Əhməd Hüseynağa oğlu (1976, Cəlilabad RHK) və Əhmədov Fərid Gülağa oğlu (1986, Xətai RHK) şəhid olublar”.

Müdafiə Nazirliyi mətbuat xidmətinin bu haqda verdiyi məlumat:
“2 əsgərimiz şəhid oldu, bir əsgərimiz yaralandı
 Sentyabrın 3-dən 4-nə, səhər saatlarında ermənilər cəbhə xəttində –  Tərtərin Həsənqaya kəndi istiqamətində Azərbaycan Ordusunun mövqelərinə doğru hücuma keçib. Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttində baş verən silahlı insident zamanı şəhid olan Azərbaycan hərbçilərinin adlarını açıqlayıb. Müdafiə nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, şəhid olan hərbçilər 1976-cı il təvəllüdlü Əhməd Hüseynağa oğlu Abdullayev (Cəlilabad rayonu) və 1986-cı il təvəllüdlü Fərid Gülağa oğlu Əhmədovdur (Xətai rayonu).Qeyd edək ki, düşmən avqustun 31-də verdiyi itkilərin əvəzini çıxmaq üçün dünən (2010-cu il sentyabrın 3-dən 4-nə) gecə saatlarında cəbhənin Tərtər rayonu Çiləbürt kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinə qarşı qəfil hücuma keçib. Döyüş təmas xəttində daha da gərginləşib. Atışma zamanı bir döyüşçümüz –  Fərid Əhmədov ermənilərə yaxın təmas xəttində şəhid olub. Ehtimal var ki, düşmən meyiti götürə bilib.

 Atışma zamanı Azərbaycan Ordusunun zabiti Əhməd Abdullayev yaralanıb. Hospitala çatdırılmış zabitin həyatını xilas etmək mümkün olmayıb”.

 Artıq aydın olduğu kimi, Fərid Gülağa oğlu Əhmədov 1986-cı  il 19 yanvarda Cəlilabad  şəhərində  dünyaya  gəlib.

1992-ci  ildə Cəlilabad  şəhər  Nizami  adına  1 saylı orta  məkdəbdə  1-ci  sinifə gedib. 2003-cü  ildə  orta  məktəbi bitirib. Həmən  il  Heydər

Əliyev  adına ali məktəbə  daxil olub. 2007-ci  ildə oranı bitirib, 2007-2008- ci illər  Təlim-Tədris Mərkəzində  leytenant  rütbəsi  almaq  üçün kurs

keçmiş və müvəffəqiyyətlə uğur qazanaraq rütbə almışdır. 2008-2009-cu illərdə Gəncədə xidmət  etmişdir . 2009-cu  ildə  könüllü  olaraq öz ərizəsi ilə Tər-tərə döyüş bölgəsinə təyinat almışdır, uğurlu xidmətinə görə tez bir zamanda baş leytenant rütbəsi alaraq kəşfiyyat  bölük komandiri  olmuşdur. 2010-cu il sentyabrın  4-də əməliyyat  zamanı ermənilərə  zərbə  endirərək qəhrəmancasına şəhid  olmuşdur. Bu  günə qədər onun  mübarək  cənazəsi erməni  mənfurlarındadır. Dövlət tərəfindən şəhidin ailəsinə deyirlər ki, danışıqlar  gedir, biz  onu  alacağıq.

  Qəhrəmancasına şəhid olan bu Cəlilabad sakinləri sanki Seyyid Mübarizin mübarizlik dərsindən ilham almışdılar. Şəhid Fərid Əhmədovun dayısı Aslan Bayramovdan bacısı oğlunun qəhrəmanlığı ilə bağlı münasibət belə bildirilib:

  "Fərid uşaq yaşlarından güləşlə məşğul olur, pis adətlərdən çəkinərdi. Rayonumuzun İslama və Əhli-Beyt mədəniyyətinə yaxın olması onun dini mühitdə böyüyüb başa çatmasına imkan yaratmışdı. Oruc tutar və namaz qılardı. (Qeyd edək ki, şəhid olarkən Fərid oruc olub). Çox vətənpərvər idi. Vətənpərvərliyini, hətta öz şerlərində də büruzə verirdi. Şəhadətinə 1-2 ay qalmış o, tez-tez məzuniyyətə gələrdi. Həmişə də "mən şəhid olacam" deyirdi. Onun şəhadəti həqiqətdə bizi narahat etsə də, bir baxımdan şəhidliyin böyük məqam olduğuna görə sevinirik".

 Son olaraq qeyd edək ki, Allah və Vətən qarşısında borcunu qəhrəmanlıqla yerinə yetirərək şəhid olmuş bu gənclərimizlə bütün dünyadakı azərbaycanlıların fəxr etdiyinə və onların ruhunu uca tutduğuna inanırıq!

                        
                            
                    
            
Məlumatdan istifadə etdikdə istinad zəruridir! 
 




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: amir (16 Sentyabr 2010 04:58)



Qrup: İstifadəçi
Tarix: 15.09.2010
Allah butun sehidlerimizi bu uc sehidle birlikde Imam Huseyn (e)-la mehsur etsin ve Sizede tesekkur dusurki bu cur teqvali,imanli,oruc halinda sehid olan sehidlerimizi layiqince qiymetlendirirsiz,Onlarin muqeddes ruhu hemise size duaci olsun.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.