Şəhid seyyid Mübarizin doğulduğu kənddə xatirə muzeyi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 4-ü, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Şəhid seyyid Mübarizin doğulduğu kənddə xatirə muzeyi
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Şəhid seyyid Mübarizin doğulduğu kənddə xatirə muzeyi

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Şəhid seyyid Mübarizin doğulduğu kənddə xatirə muzeyi
 
 
Müəllif: Carchi | 15 Sentyabr 2010 | 12218 dəfə oxunub
http://zeka.az/968-ejhid-seyyid-mgbarizin-doduldudu-kjndj-xatirj-muzeyi-agdldb.html

Şəhid seyyid Mübarizin doğulduğu kənddə xatirə muzeyi açılıb

Biləsuvar rayonunda, Milli Qəhrəman Mübariz İbrahimovun doğulduğu Əliabad kəndində şəhidin xatirə muzeyi açılıb.

Lent.az-ın məlumatına görə, muzey Milli Qəhrəmanın məzunu olduğu Əliabad kənd orta məktəbinin nəzdində, məktəbin direktoru Bəsirə Rüstəmovanın təşəbbüsü ilə yaradılıb.

Qeyd edək ki, muzeyi Bəsirə xanım özünün və ailəsinin vəsaiti hesabına yaradıb. Muzeydə Mübariz İbrahimovun məktəb illərindən qalan kitab və digər dərs ləvazimatları, şəkilləri yer alıb. Eyni zamanda şəhidin ailəsi də Mübarizin bəzi əşyalarını muzeyə hədiyyə edib.

Muzeyin açılışı sentyabrın 15-də - məktəblilərin ilk dərs günündə həyata keçirilib. Məktəb direktoru, müəllimlər, şəhidin sinif yoldaşları onun barəsində xatirələrini danışıb, şagirdlər Mübariz haqda yazılmış şeirləri oxuyublar

Tədbir Mübariz İbrahimovun evinə yürüşlə başa çatıb.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 4
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.