Azərbaycan şəhidlərə münasibətdə qonşu ölkələrdən geri qalır » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan şəhidlərə münasibətdə qonşu ölkələrdən geri qalır
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan şəhidlərə münasibətdə qonşu ölkələrdən geri qalır

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycan şəhidlərə münasibətdə qonşu ölkələrdən geri qalır
 
 
Müəllif: Admin | 15 Sentyabr 2010 | 12352 dəfə oxunub
http://zeka.az/969-azjrbaycan-ejhidljrj-mgnasibjtdj-qoneu-glkjljrdjn-geri-qaldr.html

Azərbaycan şəhidlərə münasibətdə qonşu ölkələrdən geri qalır

Ölkədə bu zirvəni fəth edənlərə münasibət qənaətbəxş deyil

Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında saziş 16 ildən artıqdır ki, imzalanıb. Amma cəbhə xəttində hər gün eşidilən atəş səsləri, hər gün də olmasa, hər həftə verilən şəhidlər bu atəşkəsin daha çox kağız üzərində olduğunu deməyə əsas verir. Allah qarşısında şəhidlik ən uca zirvə sayılsa da, Azərbaycanda bu zirvəni fəth edənlərə göstərilən münasibət qonşu ölkələrlə müqayisədə qənaətbəxş deyil. Məsələn, qardaş ölkə hesab etdiyimiz Türkiyədə şəhidlərin dəfni ən yüksək səviyyədə təşkil olunur. Fəxri qarovulun düzülməsi və yaylım atəşinin açılması ilə hərbçinin döyüş meydanında həlak olduğu hamıya nümayiş etdirilir. Bundan başqa, qəbirüstü abidə də dövlət büdcəsindən ayrılmış vəsait hesabına hazırlanır.

Hərbi ekspert Cəsur Sümərinli bildirib ki, Türkiyədə şəhidin dəfnində ordu rəsmiləri, minlərlə insan iştirak edir: “Azərbaycanda isə Vətən uğrunda həyatını itirənlərin cənazəsi ən yaxşı halda bayrağa bükülməklə dəfn olunur. Dəfn mərasimində isə hərbi heyətdən, onun qulluq etdiyi hərbi hissənin nümayəndələrindən başqa heç kim gözə dəymir".

Maraqlıdır ki, Müdafiə Nazirliyində generalların dəfn mərasimində iştirak etməsini vacib saymırlar. Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu yalnız onu deyir ki, bütün şəhidlər mövcud adət-ənənəyə uyğun dəfn olunur. Şəhidlərin dəfni məsələsində din xadimlərinin mövqeyi isə bir qədər fərqlidir.

Məsələyə münasibət bildirən Bakı İslam Universitetinin dekanı, din xadimi hacı Fuad isə bildirib ki, İslam qaydalarına əsasən, Vətən uğrunda dünyasını dəyişənlər torpağa tapşırılarkən onların üzərində dini ayinlərin yerinə yetirilməsi zəruri deyil: "Şəhidlər yuyulmaz, kəfənə bükülməz, harada münasibdirsə, orada da dəfn olunar".

Din xadiminin sözlərinə görə, şəhid sayılan insan cismən bu dünyada olmasa da, onun Allah yanında yeri diri olanlardan yüksəkdədir.

Məsələnin sosial tərəfinə gəldikdə isə mütəxəssislər hesab edir ki, Azərbaycan şəhidlərin yaxınlarına düşən güzəşt və imtiyazlar baxımından da digər ölkələrdən geri qalır. Məsələn, Türkiyədə şəhid ailələri istənilən sosial-iqtisadi məsələnin həllində üstünlüyə malikdir. Onların yaşayış səviyyəsi isə yüksəkdir.

Türkiyədə maliyyə baxımından hökumətin kifayət qədər yardım etdiyini deyən hərbi ekspert Cəsur Sümərinli bildirib ki, şəhid ailəsi orta səviyyədən yüksək yaşayır, həm tibb, həm təhsil baxımından yardım alır.

Qeyd edək ki, Azərbaycanda indiyə qədər 13846 nəfərə şəhid statusu verilib. Bunlardan da 137-si 20 Yanvar şəhididir ki, onların da hər birinin ailəsinə ayda 300 manat müavinət verilir. Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş 13709 nəfərin ailəsi isə bu vaxta qədər hökumətdən ayda 100 manat pul alırdı. Prezident İlham Əliyevin sentyabrın 8-də imzaladığı fərmana uyğun olaraq isə bu məbləğ 150 manata çatdırılıb. Şəhid övladına ayda 10 manat, kommunal xidmətlərin haqqını ödəmək üçün şəhid ailəsinin hər bir üzvünə hər ay 12 manat verilir.

Bununla belə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də etiraf edirlər ki, şəhid ailələrinə dövlətin etdiyi yardımlar bütün problemləri həll etməyə kifayət etmir.

Hərbi ekspert Cəsur Sümərinli isə hesab edir ki, əksər ölkələrdə olduğu kimi Azərbaycanda da şəhidlik statusunun verilməsi, şəhid ailələrinin problemlərinin həll edilməsi ilə ayrıca qurum məşğul olmalıdır.

Xatırladaq ki, Azərbaycanda şəhid statusunun verilməsi ilə bir neçə qurum məşğul olur. Həlak olmuş zabit və gizirlər üçün bu statusu Müdafiə və Daxili İşlər nazirlikləri, Dövlət Sərhəd Xidməti və digər dövlət qurumları verir. Əsgər və çavuşların şəhid statusu alması yerli hərbi komissarlıqlara, mülki şəxslərə, şəhid adı verilməsi isə icra hakimiyyəti orqanlarına müraciət etməklə həll olunur.ANS





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 3
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.