İdman ruhiyyəsi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » İdman » İdman ruhiyyəsi
 
 » Sağlamlıq » İdman » İdman ruhiyyəsi

     
 
Sağlamlıq » İdman: İdman ruhiyyəsi
 
 
Müəllif: Muslim | 7 Oktyabr 2009 | 12452 dəfə oxunub
http://zeka.az/97-304dman-ruhiyy601si.html
alt

 Bir müddət bundan öncə demək olar ki, əksər xarici və ölkədaxili informasiya vasitələri Ermənistanın İrəvan şəhərində keçirilən cudo üzrə Avropa çempionatında azərbaycanlı idmançılardan birinin birinci yer tutmasından danışdılar. Bu yarışda beş nəfər həmyerlimiz medal qazandı, cudoçu Elmar Qasımov isə birinci yeri tutdu. Bu hadisə ilə bağlı müxtəlif təhlillər və nəzərlər verilməyə başlandı.

Təbiidir ki, yarışın keçirildiyi məkan bütün bu təhlillərin gündən günə artmasına şərait yaradırdı. Əgər diqqətlə mətbuat səhifələrinə nəzər salsaq, maraqlı təhlillərin olduğunu görərik. Məsələn: bəzi iformasiya vasitələri əvvəl idmançılarımızın belə bir yarışa gedəcəyini ancaq gələcək bir idman xəbəri kimi nəql edir, bəziləri isə xəbəri nəql etdikdən sonra bu səfərin mənfi və müsbət tərəflərini də qeyd edirdilər. Lakin səfər baş tutandan və idmançılarımızın (xüsusilə də Elmar Qasımovun) qələbə xəbərləri yayıldıqdan sonra demək olar ki, çoxlarının baxışı dəyişildi. Bunu hətta bəzi siyasətçilərin sözlərindən də hiss etmək olurdu.

Bəlkə də bəzilərinin haqlı olaraq narahatçılıq keçirdiklərini düşünmək olar. Axı torpaqlarımızın 20%-ni işğal etmiş və xalqımıza maddi-mənəvi ziyanlar vurmuş bir ölkənin paytaxtında keçirilən yarışda iştirak etmək, bəzilərinin dili ilə desək, bir eyib idisə, məğlub olmağımız iki eyb idi. Biz burada hansı tərəfin düz dediyini araşdırmaq fikrində deyilik. Amma yaxşı olar ki, bu hadisəyə nəzər saldıqda yarışda idmançının qələbə çalmasına səbəb olan ruh yüksəkliyi haqqında bir neçə söz deyək. Şübhəsiz belə yarışlara siyasət dünyası öz kölgəsini salır. Bu yarışda da bunu danmaq olmazdı: yarışın keçirildiyi məkan və tamaşaçıların kim olduğu çox mühüm amillərdəndi. Belə hallarda yeganə yol idmançının yüksək ruhiyyəsi və iradəsinin özünü göstərməsidir. Necə ki, idmançımız bunu özündə əks etdirə bildi və bu yarış haqqında sonrakı təhlilləri dəyişdi. Xoş qələbə xəbəri başqa bir fəza, əhval-ruhiyyə yaratdı.

Deməli, idmançıların belə qalmaqallı yarışlarda göstərdiyi nəticələr hadisələrin sonrakı gedişində öz mühüm təsirini qoyur. Bu da yüksək idmançı ruhiyyəsinin və texniki hazırlıqlarının sayəsində olur. Biz  idmanda olduğu kimi, bütün sahələrdə düşmənə qələbə çalmaq ruhiyyəsini özümüzdə yaratmalı və heç vaxt düşmən müqabilində hazırlıqsız və iradəsiz olmamalıyıq. Necə ki, İmam Əli (əleyhis-salam) buyurmuşdur: ”Heç bir düşməni kiçik bilmə, düşmən zəif olsa da belə!” (Mizanul-hikmə, s.361).

Ümidvarıq belə oğullarımızın xoş qələbə xəbərləri bir gün cəbhə bölgələrimizdən gələr və İrəvanda dalğalanan bayraq Qarabağda da dalğalanar.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 11
Robot: 1
Qonaq: 10
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.