Fərid , Əhməd » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Poeziya » Fərid , Əhməd
 
 » İstirahət » Poeziya » Fərid , Əhməd

     
 
İstirahət » Poeziya: Fərid , Əhməd
 
 
Müəllif: Sami | 16 Sentyabr 2010 | 12493 dəfə oxunub
http://zeka.az/971-fjrid-zhhmjd.html

Fərid , Əhməd

Verdiz vətən  uğrunda şirin can Fərid , Əhməd

Olduz vətənin  eşqinə qurban   Fərid,  Əhməd!

 

İnsan deyil hər  kim ki, vətən  qədrini bilməz

Yox vicdanı, öz xalqını, öz yurdunu sevməz .

Hər kəs vətən uğrunda şirin canını verməz

Olduq bu fədakarlığa heyran Fərid, Əhməd?!

 

Daxildə hər an sizlərə yas  saxlar ürəklər,

Həsrətlə baxıb rəsminizə ağlar  ürəklər

Növrəstə cavan olmağınız dağlar ürəklər

Minlərlə yanar halıza insan  Fərid, Əhməd!

 

Yurdun sevən insanda olmaz qəti  qorxu,

Ölmək vətən uğrunda ürəkdən edər arzu

Əfv eyləməz əsla Mübarizin bizi ruhu

Almazsa qisas Azəribaycan Fərid, Əhməd!

 

Getmiş vətən uğrunda ləyaqətli oğullar,

Bəhruz kimi, Elgün kimi qüdrətli oğullar

Vardır  nə qədər siz kimi qeyrətli oğullar

Qoymaz qala bu yerdə nahaq qan Fərid, Əhməd!

 

Sizlərlə hər an fəxr edəcək Azəribaycan

Ölməzdir şəhidlər, bunu dərk etməz hər insan

Ən ali olan zirvədi, bilməz bunu nadan

Yaddaşda, ürəklərdəsiz hər an Fərid, Əhməd!

 

Ruhunda tutubdur qərar ölməz vətən  eşqi

Bitməzdi, tükənməzdi olan sizlərə sevgi

Zahirdə görünmür, amma daxildə bu qəlbim

Ah-nalə çəkib, eyləyər əfqan Fərid, Əhməd!

                                             Saməddin  Sami

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: amir (17 Sentyabr 2010 04:15)



Qrup: İstifadəçi
Tarix: 15.09.2010
Sameddin qardasim serine gore tesekkur edirik.Cox gozel ser yazmisan.O sehidlerin muqeddes ruhu sene komek olsun.Tesekkur edirik.Allah razi olsun.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.