Lənkəranda yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Lənkəranda yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Lənkəranda yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Lənkəranda yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib
 
 
Müəllif: Carchi | 17 Sentyabr 2010 | 12211 dəfə oxunub
http://zeka.az/972-ljnkjranda-yanacaqdoldurma-mjntjqjsindj-ggclg-partlayde-bae-verib.html

Lənkəranda yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib

Yanacaqdaşıyan avtomobil partlayaraq, hissələri ətrafa dağılıb

Ələt-Astara magistral yolunun 201-ci km-də Lənkəran rayonunun Digah kəndində “Diqaz” maye qaz doldurma məntəqəsində partlayışla müşayiət olunan güclü yanğın baş verib. ANS-in Lənkəran bürosunun məlumatına görə, hadisə səhər saat 05:30-da qeydə alınıb. Nəticədə yanacaqdoldurma məntəqəsinin üç əməkdaşı xəsarət alıb. Dərhal hadisə yerinə Lənkəran, Masallı, Cəlilabad, Astara və Lerik rayonlarından 10-dan çox yanğınsöndürən maşın cəlb edilib. Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin xilasetmə qrupları gəlib.

Yanğının qarşısı saat 08:00-da alınıb. Hadisə zamanı 4 güclü partlayış qeydə alınıb. Yanacaqdaşıyan avtomobil partlayaraq, hissələri ətrafa dağılıb. Yaxınlıqdakı onlarla binaya ciddi ziyan dəyib. Bir ev tamamilə dağılıb. Yanacaqdoldurma məntəqəsinin 2-3 kilometrliyindəki xəstəxananın pəncərəsinin şüşələri sınıb. Ərazi mühasirəyə alınıb. Yanğın zamanı bağlanan Ələt -Astara magistral yolu qismən açılıb.

Xəsarət alan 42 yaşlı Teymur Əlimuxtar oğlu Əliquliyev, 46 yaşlı Əkbərov Firudin Balaxan oğlu, 44 yaşlı Rufullayev İzzət Qüdrət oğlunun vəziyyəti ağırdır. Hazırda onlara Lənkərandakı xəstəxanada ilkin tibbi yardım göstərilir. Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan onlar Bakıya göndərilib.

Hadisənin texniki nasazlıqdan baş verdiyi bildirilir. Maye-qaz boşaltma məntəqəsinə yanacaqdaşıyan avtomobil məntəqəyə qaz boşaldarkən sızma baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.