Məsum imamların nizam dəlilinə yönəltmələri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Məsum imamların nizam dəlilinə yönəltmələri
 
 » Din » Əqidə » Məsum imamların nizam dəlilinə yönəltmələri

     
 
Din » Əqidə: Məsum imamların nizam dəlilinə yönəltmələri
 
 
Müəllif: Zaur | 18 Sentyabr 2010 | 12481 dəfə oxunub
http://zeka.az/977-mjsum-imamlardn-nizam-djlilinj-ygnjltmjljri.html

Məsum imamların nizam dəlilinə yönəltmələri

(davamı)

 Ulduzların hərəkəti fikrə sığmayacaq qədər iti və sürətlidir. Nurları o qədər güclüdür ki, heç bir göz ona tab gətirə bilməz. Bəlkə də Allah-Taala ulduzları bizdən bu qədər uzaqda ona görə yerləşdirmişdir ki, həm biz ulduzların hərəkətini dərk etməyə çalışaq, həm də nurları gözümüzə zərər yetirməsin. Əgər malik olduqları sürətlə yerə yaxınlaşsa idilər nurları gözümüzü kor edərdi.

Biz hər hansı bağa quyudan su çəkib vermək üçün istifadə edilən mühərriki görər-görməz anlayırıq ki, bu mühərriki ixtira edən biri var. Bəs necə mümükündür ki, elə də böyük ixtira sayılmayan bu mühərrikin bir ağıllı ixtiraçısı olduğu halda, sabit və səyyar ulduzların, növbə ilə dövr edən gecə-gündüzün, ilin bir-birini sıra ilə əvəz edən dörd fəslinin – ümumiyyətlə, bu böyük və heyrətli varlıq aləminin bir yaradanı olmasın?!

 Əbu Şakir Düsani adlı bir kafir İmam Sadiqin (Ona salam olsun) yanına gəlib dedi: “Allahın varlığını mənə isbat edin”. Həmin şəxs bu sualı verdiyi əsnada yaxınlıqda bir uşaq yumurta ilə oynayırdı. Həzrət İmam Sadiq (Ona salam olsun) yumurtanı uşaqdan götürüb üzünü Əbu Şakirə tutaraq dedi:

 – Bu yumurtanı görürsənmi, qapısı bağlı möhkəm bir qaladır. Bu qalanın içində və divarlarının (yumurtanın qabığının) altında nazik bir pərdə var. Pərdənin içində bir qədər qızılı su (yumurtanın sarısı) və bir qədər gümüşü su (yumurtanın ağı) var. Lakin bu ikisi heç vaxt biri-birinə qarışmır. Heç kəs bu yumurtanın içindən çıxacaq olan cücənin erkək və ya dişi olduğunu bilmir. Cücə yumurtadan çıxdıqdan sonra görürük ki, müxtəlif və əlvan rənglərlə boyanıb (məsələn, tovuzquşunu gözləriniz önünə gətirin). Hansı qüdrət hansı qələmlə bu cücəni belə rəngləyib?! Bir toyuqla bir tovuzquşunun rəngarəngliyi bir rəsm əsərinin rəngarəngliyindən əskikdirmi? Rəsm əsərini rəssam işləyib, bu heyrətli rəngarənglik öz-özünəmi yaranıb?

Sonra İmam Əbu Şakirə belə buyurdu: – Qəbul edirsənmi ki, bütün bu xüsusiyyətləri olan yumurta və ondan çıxan cücənin hikmətli, alim və tədbirli bir yaradanı olmalıdır?

Əbu Şakir bir qədər fikrə getdi, sanki yuxudaydı oyandı və dərhal dedi:

 – Bəli, şəhadət verirəm ki, varlıq aləminin Allah adlı bütün kamil sifətlərə malik bir yaradanı var. Şəhadət verirəm ki, Muhəmməd (Ona və pak Əhli-beytinə salam olsun) Onun bəndəsi və peyğəmbəridir, Sən isə Peyğəmbərin canişini və Allahın hüccətisən ki, Sənə tabe olmaq vacibdir.

(Qeyd edək ki, məqsəd hədisin məzmununu çatdırmaq idi, nəinki hərfi tərcüməni).

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
Şərhlər (3) Çap et
 
 

     
 
#1 Yazan: Ayka_88 (20 Sentyabr 2010 05:04)



Qrup: İstifadəçi
Tarix: 20.09.2010
cox sag ol
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: müqəlid (11 Noyabr 2010 21:17)



Qrup: İstifadəçi
Tarix: 27.10.2010
Allah razı olsun
ICQ: --    
 
     
 

     
 
#3 Yazan: ƏBDÜLƏHƏD (5 Yanvar 2011 12:29)



Qrup: İstifadəçi
Tarix: 4.01.2011
ALLAH BU İNSANLARDAN, YƏNİ SAYTA YAZI YERLƏŞDİRƏNLƏRDƏN RAZI OLSUN Kİ, MƏHZ MƏN BİLMƏDİYİM MƏLUMATLARI BU SAYTA BAXIB ÖYRƏNİRƏM. ÇOX SAĞOLUN
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.