Dünyanı sarsıdan məlumatlar - həqiqət yoxsa şayiə? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Dünyanı sarsıdan məlumatlar - həqiqət yoxsa şayiə?
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Dünyanı sarsıdan məlumatlar - həqiqət yoxsa şayiə?

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Dünyanı sarsıdan məlumatlar - həqiqət yoxsa şayiə?
 
 
Müəllif: Carchi | 19 Sentyabr 2010 | 12459 dəfə oxunub
http://zeka.az/978-dgnyand-sarsddan-mjlumatlar-hjqiqjt-yoxsa-eayij.html

Dünyanı sarsıdan məlumatlar - həqiqət yoxsa şayiə?

Cəmiyyətlər həmişə şayiələrə meyl edib. Dünyanın hansı ölkəsində yaşamasından, sosial statusundan asılı olmayaraq şayiə, fantaziya, komplo teoriyaları müzakirə mövzuları olub. “Xəbərin var, deyirlər ki...” ilə başlayan neçə-neçə cümlələr qurmusunuz ömrünüzdə? Əminəm ki, ən azı... yüzü olub. Burada məhəllə, qohum-əqrəba, dost-tanış səviyyəsində olan şayiələrdən danışmırıq. Dünyanı sarsıdan, iqtidarları çaş-baş qoyan, dövlətləri bir-birinə düşmən edən bir neçə şayiədən danışacağıq sizə. Əslində komplo cəmiyyətdən gizlədilən, amma hansısa formada ona sızan məlumatlar barədə alternativ informasiya, şayiələrin yayılması deməkdir. Dünya böyük, orda cərəyan edən olaylar isə saysız-hesabsız olduğundan ən önəmlilərini, səs-küy yaradanları seçdik. Ortaya ilginc mənzərə çıxdı...

SPİD virusu dəhşəti yalan imiş...

SPİD (QİCS) virusu 1974-cü ildə genetik mühəndislər tərəfindən yaradılıb. Bunun üçün Afrikada çox uğurlu bir təcrübə keçirilib və qatil virusa “həyat verilib”. İlkin versiyalara görə, bu bəlanın dünyaya ayaq açmasında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və sovet KQB-si kimi qurumlar maraqlı olub. Məqsəd isə sürətlə artan dünya əhalisinin sayını azaltmaqdır.

Qlobal istiləşmə yalanı

Bəzi iqlim bilicilərinin versiyalarına görə, qlobal istiləşmə barədə deyilənlər yalandan başqa bir şey deyil. Bu da yüksək vergilər tətbiq etmək üçün dünya əhalisinin sayını süni şəkildə azaltmaq məqsədi daşıyır.

11 sentyabr terroru kimin əməlidir?

2001-ci ilin 11 sentyabr tarixində Amerikada baş verən terror aktının elə həmin ölkənin məsuliyyəti olduğunu düşünənlərin sayı get-gedə artır. Komplo teoristlərinin fikrincə, Amerika hökuməti daha öncədən bu terror aktı barədə məlumatlı olub. Hətta bəzi şahidlər iddia edir ki, “American Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çarpmasından bir neçə saniyə öncə partlama səsləri eşidilib. Deməli, sözügedən hücumdan daha öncə hansısa həmlələr də olub və hökumət də kursda imiş.

Vilson sovet casusudur?

İngiltərənin baş naziri Harold Vilsonun Sovetlər İttifaqının casusu olması da komplo teoristlərinin vazkeçilməzləri sırasında yer alır. Versiyalara görə, məhz hakimiyyəti dönəmində ingilis ordusunun ona qarşı çevriliş etmək istəməsi, habelə funt-sterlinqin də devalvasiyaya uğraması onun casus olduğunu sübut edir.

Özalın ölüm səbəbi sui-qəsddir?

Türkiyənin 8-ci prezidenti Turqut Özalın 1993-cü ilin 17 aprel tarixində dünyasını dəyişməsi də aləmi qatan və şayiələrə yol açan olaylardan sayılır. Bu hadisədən sonra isə onun ölümü barədə dartışmalara da start verildi. Turqut Özalın həyat yoldaşı Səmra Özalın “Turqut böyük türk birliyini yaratmaq istəyirdi. Bunun qarşısını almaq üçün öldürdülər” deməsindən sonra onun ölümünün bir qətl, sui-qəsd olması barədə söz-söhbətlər də artdı. Daha sonra isə həyat yoldaşı Turqut Özalın zəhərlənərək öldürüldüyünü iddia etdi. Prokurorluq sözügedən faktı araşdırdıqdan sonra onun ürək çatışmazlığından dünyasını dəyişdiyini açıqladı. Faktlara görə isə Özala daha öncə də - 1988-ci ilin 18 iyun tarixində iştirak etdiyi bir tədbirdə də sui-qəsd cəhdi edilmişdi. Türk xalqı məhz bu səbəbdən bir müddət Özalın öz əcəli ilə ölmədiyinə inandı.

Aya heç bir insanın ayağı dəyməyib

Söhbət yadplanetlilərdən düşəndə şayiənin, komplonun sayı-hesabı olmur. Çünki bu sahədəki araşdırmalara məhdud sayda ölkənin və alimin çıxışı var. Tarixdə yadplanetlilərlə bağlı ən geniş yayılmış komplo teoriyası isə guya ki, Aya ümumiyyətlə, insan ayağının dəyməməsidir. Şayiələrə görə, Amerikanın “Apollo-11" kosmik gəmisi ilə Aya göndərdiyi və 1969-cu ilin 20 iyul tarixində Aya endiyi deyilən komanda ümumiyyətlə, Aya heç ayaq basmayıb. Belə ki, teoristlər Aya ayaq basdığı deyilən Nil Armstronq və Edvin Aldvinin Ay əvəzinə Nevada ştatının (ABŞ) çöllüklərindəki bir açıq fotostudiyaya ”endirildiyinə" inanır. Yəni dünyaya yayılan o fotolar, sadəcə, xəyal məhsuludur və studiyada çəkilib. Məqsəd isə insan övladının başını irreal məsələlərlə qatmaqdır.

Bermud üçbucağı - şeytan yuvası

Bermud şeytan üçbucağı Atlantik okeanında bir çox gəmi və təyyarənin itdiyi, bəzi anormal hadisələrin yaşandığı bölgənin adıdır. Heç kimsənin barəsində açıqlama vermədiyi bu əsrarəngiz fenomen içində elm adamlarının da olduğu insanlar tərəfindən illərlə “fövqəlbəşər olay” kimi qələmə verildi. Burada uzun müddət bir çox gəmi, təyyarə arxalarında heç bir iz qoymadan itdi. Hamı mövzu barədə illərlə danışdı, amma ortaya konkret fakt qoyan olmadı. Nəhayət, bu bölgədə itmə halları da sona çatdı.

Kennedini kim öldürdü?

Amerikanın keçmiş prezidentlərindən olan Con Fitscerald Kennedi 1963-cü ildə Dallas şəhərində sui-qəsd qurbanı oldu. Dövlət və bəzi siyasətçilər bu olayın MKİ rəhbəri Hover və bəzi mafiya qrupları tərəfindən həyata keçirildiyi barədə fərziyyələr uydurdular. Belə ki, həmin vaxt İsrail rejiminin nüvə silahı vasitəsilə İrana hücum edəcəyi, Kennedinin isə bu silaha görə İsrail rejiminə xəbərdarlıq məktubu göndərdiyi olayı təsdiqləyən ilkin versiyalar sırasındadır. İsrail rejiminin baş naziri Levi Eşkola göndərdiyi məktubda Kennedi yazıb ki, nüvə silahı ilə bağlı etibarlı məlumat əldə etməyib də hərəkətə keçəcəkləri təqdirdə Amerika-İsrail münasibətləri təhlükəyə girə bilər. Bu sahə üzrə çalışan israilli mütəxəssislər də iddia edir ki, belə bir məktub var və Kennedi İsrailə təzyiq etdiyi üçün sui-qəsd qurbanı olub.

Obama Keniyada doğulub?

Hakimiyyətə gəldiyi gündən etibarən Barak Obamanın həyatı ilə bağlı şayiələr də dayanmadan artır. ABŞ prezidentinin atası keniyalı olduğundan ölkə əhalisi arasında onun Keniyada dünyaya gəlməsi barədə şayiələr dolaşır. Amerika konstitusiyasına görə, prezident olacaq adamın mütləq bu ölkədə doğulması şərtdir. B.Obama Havayda doğulması barədə sənədləri Ağ Sarayın internet səhifəsində yerləşdirsə də Keniya versiyası hər zaman aktualdır. Əhali bu şayiədən vaz keçmək istəmir.

Yadplanetlilər Nevada ştatında qonaq olub?

1947-ci ildə Amerikanın Nevada ştatında baş verən bir qəza dünyadakı ən məşhur komplo fərziyyələrinin yaranmasına səbəb olub. Baş verən qəzada bir yadplanetlinin dünyaya düşməsi və daha sonra digər “həmcins”lərinin də bura ayaq açması sözügedən komplonun ana xəttini təşkil edir. Olaydan dərhal sonra alimlər bu yöndə araşdırma apararaq yerə düşən və insanların diqqətini cəlb edən əşyanın yadplanetli yox, hava müşahidə şarı olduğunu sübut etdilər. Amma kosmos fanatikləri hələ də Nevadanı yadplanetlilərin paytaxtı hesab edir.

Sunami kimin işidir?

2004-cüi ildə Hind okeanında meydana gələn nəhəng dalğalar bu gün də dartışma mövzusudur. Versiyalara görə, sunami İsraillə Amerikanın ortaq istehsalı olan bir nüvə silahının fəsadıdır. Belə ki, sözügedən iki ölkə silahı sınaqdan keçirərkən Hind okeanında bunun yan təsiri görünüb və bu, sunami olaraq tarixdə yer alıb. Misir və Orta Şərqdəki bir çox qəzetçilər bu işi araşdıraraq olayın müsəlmanlara ziyan vermək üçün düşünülmüş plan olduğunu iddia etdilər. Düzü, iddianı dünya gündəminə daşımağa da nail oldular. Allahın qəzəbi, dörd təbii fəlakətdən biri, yoxsa İsrail-Amerikanın müsəlmanlara zərbəsi? Sunaminin bunlardan hansı olduğu hələ də mübahisə mövzusudur... musavat.com





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Zehra (19 Sentyabr 2010 17:48)



Qrup: Jurnalist
Tarix: 19.09.2010
Salam. Yəni Allahın bəlası adlı heç nə yoxdur? Bəzi məsələləri insanların törətdiyi məlum, lakin Amerika ilə İsraili də bu qədər şişirib insanları qorxutmaq olmaz. Allah hər kəsdən daha böyükdür!
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.