Müəllimə verilən qiymət » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Lətifələr » Müəllimə verilən qiymət
 
 » İstirahət » Lətifələr » Müəllimə verilən qiymət

     
 
İstirahət » Lətifələr: Müəllimə verilən qiymət
 
 
Müəllif: Muslim | 8 Oktyabr 2009 | 16281 dəfə oxunub
http://zeka.az/98-m252601llim601-veril601n-qiym601t.html
alt

Məryəm yeni dərs ilində məktəbdən qayıdıb anasına deyir: Mənim dərslərim müəlliminkindən daha yaxşıdır.

Anası onun sualından təəccüblənir, səbəbini soruşur.

Məryəm deyir: Çünki mən bu il bir sinif də yuxarı qalxıb dördüncü sinifə keçmişəm, amma müəllim isə hələ də üçüncü sinifə dərs verir.

Keçən həftə hər yerdə xüsusilə məktəblərdə “müəllimlər günü” qeyd olundu. Müəllimlərə hədiyyələr verilib, təriflər deyildi. Zənnimizcə bu kifayət etməz. Baxmayaraq ki, belə bir günün qeyd olunması təqdirə layiq və bəyəniləndir, lakin müəllimin qiymətini cəmiyyətimiz üçün yaxşı tanıtdırmalıyıq. Valideynlər müəllimlər günündə uşağın əlinə təbrik etmək üçün təkcə gül və hədiyyə verməklə kifayətlənməməlidirlər. Ata-analar müəllimin hörmətin saxlamaq, ona necə müraciət etmək, hansı tonda onunla danışıb, rəftar etmək və sair əxlaq qaydalarını uşaqlarına aşılamalıdırlar. Bunun üçün nə qədər ki, övladımız şagird kimi məktəbə gedib dərs oxuyur hər gün ona müəllimlə davranış haqqında nöqtələri çatdırmalıyıq. Əlbəttə ki, məktəbi başa vurduqdan sonra da müəllimə hörmət davam etməlidir. Amma buna məktəb illərində xüsusilə diqqət olunmalıdır. Müəllimlər elə hiss etməməlidirlər ki, onlar ancaq müəllimlər günündə ya imtahan vaxtı valideynlərin yadına düşürlər. Şagird hər an özünü müəllimə borclu bilməlidir. Müəllimin ona öyrətdiyi elmi nəaliyyətlərə görə müəlliminə yüksək gözlə baxmalıdr, nəinki imtahanlar vaxtı qiymət almaq yada düşəndə müəllimə hörmət yada düşsün. Makedoniyalı İsgəndərdən nə üçün atasından çox müəlliminə (Aristotel) hörmət etdiyinin səbəbini soruşanda belə cavab verir: “Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib.” Doğrudan da belədir: bəzi valideynlər uşaqlarının gələcək həyatında ancaq dünyaya gətirmək rolunu oynayır, amma sonradan uşağın dünyada necə düzgün yol gedəcəyində qəflətə düçar olub, uşağının gələcəyinin necə olmasının haqqında fikirləşmir. Tez-tez dostlarımızın ya yaxınlarımızın öz keçmiş müəllimləri barəsində belə bir söz dediyini eşidirik: “Allah filan müəllimimə rəhmət etsin, o, olmasaydı mən də o biri sinif yolıdaşlarım kimi Allah bilir ki, indi harada idim, o məni başa saldı və mən indi bu nəaliyyətlərə çatmışam.” Məqaləmizin sonunu bir atalar sözü və Peyğəmbərimizin (s) müqəddəs sözü ilə bitiririk.

“Müəllim bir memar ya mühəndisdir ki, insanların düşüncələrini, ağlını düzəldir.”

Peyğəmbər (s) buyurur: “Hər kəs mənə bir hərf öyrətsə, elə bil ki, məni özünə qul etmişdir.” (Biharul-Ənvar c.1, s.206)





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 9
Robot: 3
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.