Sadə yaşamaq tərzi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Sadə yaşamaq tərzi
 
 » Din » Əxlaq » Sadə yaşamaq tərzi

     
 
Din » Əxlaq: Sadə yaşamaq tərzi
 
 
Müəllif: Zehra | 22 Sentyabr 2010 | 12522 dəfə oxunub
http://zeka.az/987-sadj-yaeamaq-tjrzi.html

Sadə yaşamaq tərzi

 Əgər bəşər cəmiyyətində sadə yaşamaq mədəniyyəti formalaşsa bir çox iqtisadi problemlərin qarşısını almaq olar. Yeyinti məhsullarının tükənməsi, yaşayış imkanlarının məhdudlaşması ilə yaranan cəmiyyət partlayışı gələcəyin ağır günlərinin birində insanları bürüyəcək. Bunun isə yeganə çarəsi sadə yaşayış mədəniyyətini formalaşdırmaqdar. İmam Əli (Ona salam olsun) sadə yaşayış mədəniyyətinin ən kamil örnəyi idi. Həyat yoldaşına kömək edər, buğdanı daş dəyirmanda üyüdər, ev işlərində ciddi iştirak edərdi. Ümumi insanların geyindiyi adi paltarlardan geyinərdi. Bir gün bazara gedib geyim satıcılarına belə səsləndi:

–       Kimin üç dirhəmlik köynəyi var?

Bir kişi dedi:

 – Mənim dükanımda var. Həzrət Əmir- Əlmöminin (Ona salam olsun) həmin köynəyi alıb geyindi.

Evi eynilə digər insanların evi kimi idi. Hamının istifadə etdiyi minikdən – at, yaxud ulaqdan istifadə edirdi. Bir gün isə ailəsinin iqtisadi çətinliyini həll etmək üçün qılıncını satdı.

Harun ibn Əntirəh deyir: Xurənq şəhərində (Hirə padşahlığının paytaxtı) hava soyuq idi. Əlini gördüm ki, bir qətifəyə bürünüb soyuqdan əziyyət çəkir. Dedim:

 – Beytül-maldan pay götür. İmam Əli cavab verdi:

 – Sizin malınızdan heç nə götürmərəm. Özümə bükdüyüm bu qətifəni isə Mədinədən gətirmişəm. (Əli və Bəşər hüququ c .1, səh 82; Kamil ibn Əsir c. 2, səh 44; Təzkirət-əl-xəvas səh108; Kəşful-ğəmmə c.1, səh 203)

Quru çörək yeyərdi. Qızı Ummu Külsüm quru arpa çörəyini atasının süfrəsində gördükdə göz yaşı tökdü.(Sünənu İbn Mace c. 2, səh 3; Təzkirətul-xəvasi İbn Cövzi səh 316 və 16)

 

Sadə ailə həyatı

 Həzrət Əlinin (Ona salam olsun) nikah (əqd) xütbəsi Peyğmbər yaranlarının hüzurunda oxundu. Həzrət Əli mehriyyə üçün zirehini satmışdı və Peyğmbər (Allahın salamı Ona və Əhli- beytinə olsun ) zireh pulunun bir hissəsini Salmana verdi ki, libas və Əlinin (Ona salam olsun) yaşayışı üçün zəruri olan şeyləri alsın. Bir hissəsini isə Miqdada verib buyurdu:

Bunu Əlinin bacısı Ummu Haniyə ver ki, sədəqə olaraq gəlinin başına töksün. Səhabələrin hamısına sadə bir xörək verib toy mərasimini başa vurdular. (Kamil Bəhayi c. 1, səh 161; Xəsayisu nisai)

 Hamı qəbul edir ki, Allah rəsulunun qızı Cənnət qadınlarının xanımıdır və hər kəs qəbul edir ki, Həzrət Əmir-Əlmöminin Əli İslam dünyasının ən böyük şəxsiyyətlərindəndir. Amma bu iki böyük şəxsiyyətin sadə toy mərasimi olduqca heyrətləndiricidir, bu mərasim hər cür təmtəraqdan uzaq idi. Əli (Ona salam olsun) Fatimə (Allahın salamı olsun o xanıma) ilə 2-ci hicri ilinin Səfər ayında ailə qurdu. Elə həmin ilin Zil-hiccə ayında Fatimənin ilk övladı oldu.

Başqa nəqldə gəlmişdir ki, Həzrət Zəhra(Allahın salamı olsun o xanıma) toy günü on beş yaş beş ay 15 günlük, Əli (Ona salam olsun) isə iyirmi bir yaş beş ayın içində idi. (Kəşful-ğəmmə c.1, səh 374; Cəlail Uyuni Məclisi)

Sadə yemək

 Əhnəf ibn Qeys Şam sarayına gedib oradakı çeşid-çeşid yeməkləri gördükdə ağladı. Müaviyə soruşdu:Niyə ağlayırsan?

Cavab verdi: Bir iftar gecəsi Əlinin (Ona salam olsun) yanına getdim, mənə belə buyurdu:

–       Qalx Həsən və Hüseynlə süfrə başında əyləş. Özü isə namaza durdu. İmam Əlinin (Ona salam olsun) namazı bitdikdə ağzı bağlı bir qabı İmam Əlinin (Ona salam olsun) qarşısına qoydular. Yeməyin ağzı elə şəkildə örtülü idi ki, İmam Əlidən (Ona salam olsun) başqası onu aça bilməzdi. O, qabın ağzını açdı və arpa çörəyini ordan götürüb yedi. Həzrət Əliyə ərz etdim: Siz ki, səxavətlisiniz niyə öz xörəyinizi gizlədirsiniz?

Buyurdu:

–       Bu paxıllıq üzündən deyil, sadəcə istəmirəm ki, övladlarım canı yanımcıllıq göstərib onun üzərinə nə isə (ya yağ, ya ayran) əlavə etsinlər.

Dedim: Bəyəm haramdır?

Buyurdu: Yox, amma İslam ümmətinin rəhbəri cəmiyyətin ən kasıb fərdləri kimi yaşamalıdır ki, biçarələrə nümunə olsun və kasıblar müşküllərə, yoxsulluğa dözsünlər (Yənabiu-əlmüvəddəh, səh 172, Təzkirətu-əlxəvas)

Başqa bir nəqlə əsasən isə bu hadisə belədir:

Əhnəf ibn Qeys deyir:

Bir gün Müaviyənin sarayına getdim. Nahar zamanı qarşıma o qədər isti, soyuq, turş və şirin xörəklər gətirdilər ki, mən təəccübləndim. Sonra daha bir tanımadığım yeməyi gətirdilər. Soruşdum: – Bu nə yeməyidir?

Müaviyə cavab verdi: – Bu ördəyin bağırsaqlarından hazırlanıb, onu qoyunun beyni ilə qarışdırıb püstə yağında qızardıblar və üzərinə neyşəkər (şəkər qamışı) tozu əlavə ediblər.

Əhnəf deyir: – Bu an ağlamağım tutdu və mən ağladım.

Müaviyə təəccüblə soruşdu: – Ağlamana səbəb nədir?

Dedim: – Əli ibn Əbi Talib yadıma düşdü. Bir gün Onun evində idim. Yemək vaxtı çatdı, buyurdu: – Qonağım ol.

Sonra möhürlənmiş süfrə gətirdilər. Soruşdum: – Bu süfrədəki nədir?

Buyurdu: – Arpa unu.

Dedim:  – qorxursunuz ki, onu götürərlər, yoxsa istəmirsiniz ki, kimsə ondan yesin?

Buyurdu: – Yox, bunların heç biri deyil. Əksinə, qorxuram ki, Həsən və Hüseyn ona heyvan və ya zeytun yağı töksünlər.

Dedim: – Ya Əmir-Əlmöminin, məgər bu haramdır?

Həzrət Əmir-Əlmöminin buyurdu: – Yox, əksinə, rəhbərlərin boynunda haqdır ki, kasıb insanlar kimi yaşasınlar ki, yoxsulluq kasıbların tüğyanına səbəb olmasın. Haçan kasıblıq onlara güc gəlsə desinlər ki, bizim nə dərdimiz?! Möminlərin Əmirinin süfrəsi də bizim süfrəmiz kimidir.

Müaviyə dedi: – Elə bir kişini xatırladın ki, kimsə onun üstünlüyünü inkar edə bilməz.(Əsluş-şiyə və usuluha, səh 65 və Nəsrud-dar)

İmam Əli (Ona salam olsun) daha çox göyərti istifadə edərdi. Əgər daha yaxşı yemək istəsə idi dəvə südü içərdi. Ət olduqca az yeyər və buyurardı:

Qarınlarınızı heyvan qəbristanlığına çevirməyin!

Bununla belə, hamıdan güclü və qüdrətli idi. (Şərhi İbn Əbil Hədid, c.1, səh 7)

Ömər ibn Əbdül Əzizin etirafı

 Ömər ibn Əbdül Əziz demişdir: Əli ibn Əbi Talib keçmişdəkiləri gözdən salıb, kələcəkdəkilərin isə zəhmətinə bais olmuşdur. Yəni İmam Əli ibadət, ədalət, zahidlik və təqvada o qədər hamıdan yüksəkdə dayanmışdır ki, keçmiş xəlifələr insanların gözündə dəyərdən düşmüşdü və camaat deyirdi: Ədalət və təqva bu imiş?!

Gələcəkdəki xəlifələr isə nə qədər çalışsalar da onun yolunu gedə bilmədilər, zəhmət çəkdilər, amma camaatın gözündə hörmət qazana bilmədilər.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!

 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (27 Sentyabr 2010 13:25)



Qrup: Qonaq
Tarix: --
İndiki "başda" oturanlar yemegin,gezmeyin,geyimin en gözelini yiyip,içip,geyinirler.İnsanların hallından anlagı hec gözdememek lazımdı."Toxun acdan xeberi olmazmış"
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.