Nəsirəddin Tusi adına Şamaxı Rəsədxanasının 50 illik yubileyi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Nəsirəddin Tusi adına Şamaxı Rəsədxanasının 50 illik yubileyi
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Nəsirəddin Tusi adına Şamaxı Rəsədxanasının 50 illik yubileyi

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Nəsirəddin Tusi adına Şamaxı Rəsədxanasının 50 illik yubileyi
 
 
Müəllif: Carchi | 23 Sentyabr 2010 | 12468 dəfə oxunub
http://zeka.az/988-njsirjddin-tusi-addna-eamaxd-rjsjdxanasdndn-50-illik-yubileyi.html

Nəsirəddin Tusi adına Şamaxı Rəsədxanasının 50 illik yubileyi 

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 50 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans təxirə salınıb

 AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 50 illik yubileyinə həsr olunmuş bu ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulan beynəlxalq konfrans rəsədxana ərazisində aparılan rekonstruksiya işləri ilə əlaqədar 2012-ci ilin sentyabrına kimi təxirə salınıb. Bu barədə məlumatı science.gov.az-a ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev verib. Onun bildirdiyinə görə, AMEA rəhbərliyinin qərarı ilə təxirə salınan konfrans öz statusunu saxlamaqla bərabər, həm də rəsədxananın rekonstruksiyasına həsr olunacaq.

 Rəsədxana ərazisində aparılan yenidənqurma işləri nəticəsində ərazi iki dəfə artırılaraq təxminən 50 ha çatdırılıb. Əraziyə qaz xətti çəkilib, qazanxana işə salınıb. Buraya çəkilən yolun təmiri başa çatdırılıb, su xətti yenilənib. Rəsədxananın laboratoriya korpusu tam təmir olunub. Qonaqların rəsədxanada qalmaları və turizm məqsədilə yaxınlıqda tikilən on kotec və ərazidəki iki beşmərtəbəli binanın tikintisi başa çatdırılmaq üzrədir. ŞAR-ın Şamaxıda işləyən əməkdaşlarının hər birinin mənzillə təmin olunması da nəzərdə tutulur. science.gov.az-a





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (27 Sentyabr 2010 13:51)



Qrup: Qonaq
Tarix: --
Gelişek inkişaf edek....
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 1
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.