3 min illik peyğəmbər möcüzəsi gerçək çıxdı! » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » 3 min illik peyğəmbər möcüzəsi gerçək çıxdı!
 
 » Xəbərlər » Həftə içi xəbərlər » 3 min illik peyğəmbər möcüzəsi gerçək çıxdı!

     
 
Xəbərlər » Həftə içi xəbərlər: 3 min illik peyğəmbər möcüzəsi gerçək çıxdı!
 
 
Müəllif: Carchi | 23 Sentyabr 2010 | 12543 dəfə oxunub
http://zeka.az/989-3-min-illik-peydjmbjr-mgcgzjsi-gergjk-gdxdd.html

3 min illik peyğəmbər möcüzəsi gerçək çıxdı!

Qırmızı dənizi külək həqiqətən 2 yerə ayıra bilirmiş...

Alimlər kompüterlərlə aparılan simulyasiyalarla 3 min il əvvəl yəhudilərin Musa peyğəmbərin başçılığı ilə Misir fironunun ordusunun təqibindən can qurtarmasına yol açan möcüzənin gerçək həyatda yaşana biləcəyini sübut ediblər.

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, ABŞ Milli Atmosfer Araşdırma Mərkəzi (NCAR) və Kolorado Universitetinin alimləri “Tövrat”da haqqında danışılan möcüzəsini araşdırmaq üçün kompüter simulyasiyaları ilə Qırmızı dənizi iki yerə ayırmağa çalışıblar və bu, mümkün olub.

Alimlər təcrübəni həyata keçirmək üçün “Tövrat”da haqqında danışılan möcüzənin yaşandığı bölgənin xəritələrini, arxeoloji qeydləri və bölgənin kosmosdan çəkilən şəkillərini araşdıraraq xüsusi topoqrafik xəritə qurublar. Bunun əsasında Ağ dənizin cənubunda, 3 min il əvvəl Nil çayının axan sularından yaranmış Tanis gölünün olduğu yerdə sınağa başlayıblar.

Kompüter modelləri saatda 100 kilometr sürətlə əsən küləyə məruz qalan bölgədə təxminən 1,8 metr dərinlikdə suyu 12 saat boyunca araşdırıblar. Simulyasiyada külək dənizin suyunu həm göl olan hövzəyə, həm də Nil çayının qoluna doğru yönəldib. Nəticədə bir neçə saat 4-4,5 kilometr uzunluğunda və 1,8 kilometr enlikdə düz, lilli bir sahə ortaya çıxıb. Küləyin dayanması ilə lilli sahəni yenə su örtüb.

NCAR rəsmisi Carl Devis, simulasiyalarla “Tövrat”da haqqında danışılan olaya bənzər bir nəticənin şahidi olduqlarını söyləyib. LENT.AZ





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.