Fitrət yolu ilə Allahı tanımaq » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Fitrət yolu ilə Allahı tanımaq
 
 » Din » Əqidə » Fitrət yolu ilə Allahı tanımaq

     
 
Din » Əqidə: Fitrət yolu ilə Allahı tanımaq
 
 
Müəllif: Zaur | 8 Oktyabr 2009 | 13283 dəfə oxunub
http://zeka.az/99-fitr601t-yolu-il601-allah305-tan305maq.html

Allahı tanıyıb dərk etmək üçün insanın iki yolu vardır:

1. Fitrət yolu

2. Ağıl və istidlal (dəlil) yolu

Fitrət yolu dedikdə məqsəd, batini şüur və daxili bir hissin insanı Allaha doğru çəkib aparmasıdır. Belə ki, insan heç bir dəlil, sübut gətirmədən Allahı istəyir, Allahı axtarır və tanıyır. Allahı istəmək-fitri bir surətdə onun batinində əmanət olaraq yerləşdirilmişdir.

Ağıl və istidlal yolundan məqsəd isə budur ki, insan elmi dəlillər gətirərək Allahın varlığına üz tutur və başqa əqli məsələlərdə olduğu kimi, Allahın varlığı məsələsində də dəlillər gətirir. Birinci yolun əsasını batini fitrət təşkil etdiyi halda, ikinci yolun əsasını təfəkkür və istidlal təşkil edir. Bəşər Allahı tanımaqda qəlb və fitrət yolundan başqa heç bir dəlil və istidlala möhtac deyildir. O, Allahı istəmə fitrətinin və Allahı tapmaq istəyinin sayəsində Allaha doğru üz tutur. İkinci yolda isə onun bələdçisi dəlil, sübut, düşüncə və təfəkkürdür.

MƏZHƏBÇİLİK HİSSİ

 “Məzhəbçilik hissi”nin insan ruhunun təbii və sabit ünsürlərindən biri olduğu aydınlaşdıqdan sonra insanda dörd hissin olduğu sübuta yetir:

1. “Araşdırma hissi”. Bu hiss elə əvvəl gündən insanı gizli, mübhəm məsələləri araşdırmağa vadar edən hisdir. Məhz bu hissin sayəsində elm və sənət yaranmışdır. Bu həmin o hissdir ki, ixtiraçı alimlərə, kəşf və elm sahiblərinə gizli sirlər üzərindən pərdəni götürməyə və bu yolda çətinliklərə sinə gərmələrinə təkan vermişdir. Elə bu hiss Allahın varlığı, onun dininin həqiqət olması haqqında insanı tədqiqat və araşdırmalar aparmağa sövq edir.

2. “Xeyirxahlıq hissi”. Bu hiss insanı ədalətə, dostluğa və bu kimi işlərə sövq edən hissdir. İnsanda yaxşı əxlaqa, üstünlüklərə rəğbət; pisliklərə, xoşa gəlməz sifətlərə nifrəti yaradan bu hissdir.

3. “Gözəllik hissi”. İncəsənət və zövq verən amillərin meydana çıxmasına səbəb olan hisdir.

4. “Məzhəbçilik hissi”. Hər bir insan fərdi fitri olaraq Allahı axtarır və özündə metafizikaya (İlahi hikmətə) bir meyl hiss edir. İnsan ruhunda “məzhəbçilik  hissi”nin olması məzhəbə meylin insanda zati (təbii) olduğunu isbat edir. Deməli, Allaha diqqət insanın fitrətindən qaynaqlanır.

Beləliklə, insanı daha ətraflı şəkildə araşdıran bəzi alimlər Allaha diqqətin insanda fitri olduğunu etiraf etmişlər. Fitri məsələlərin əlamətlərini digər adi məsələlərdən seçilməsi üçün bəyan edirik:

FİTRİ OLANLARI FİTRİ OLMAYANLARDAN NECƏ AYIRAQ?

Coğrafi vəziyyət, iqtisadi, siyasi və bu kimi amillər üzündən insanın beyninə yüklənən hər cür fikir və ya əməl adi fikir və ya adi əməl adlanır. Bu fikir və əməllərin müxtəlifliyi insanda fitri istedad sayılmır. Məsələn, isti yerdə yaşayanlar yüngül və nazik, soyuq yerlərdə yaşayanlar isti və qalın paltarlar geyinməyə məcburdurlar. Aydındır ki, bu iki məsələdən heç biri fitri deyil, hər iki hal mühitlə əlaqədardır.

Eyni zamanda qısalıq, hündürlük, paltarların rəngi, forması, yaxud millətlərin adət-ənənələri, ya da ki, şadlıq və əzadarlıq mərasimləri də bu qəbildəndir. Əgər bu sadaladıqlarımız  fitri və insan təbiəti ilə bağlı məsələlər olsaydı hər yerdə eyni şəkildə olar və onların arasında ixtilaf müşahidə olunmazdı. Bunun müqabilində insanın batinindən qaynaqlanan və xarici amillərin yükləmədiyi hər bir düşüncə, ya əməl insan təbiətinin bir hissəsi olub fitri məsələlərdən hesablanır. Bu məsələlər insanda fitrət, heyvanda isə instinkt adlanır. Məsələn, bal arısının bütün fəaliyyətləri-güllərdən şirə toplaması, məxsusi yuvalar tikməsi, pup qoyması, kiçicik arıları böyütməsi instinktlə bağlı məsələlərdir və arının bütün bu işləri onun zati (təbii) xüsusiyyətlərindən irəli gəlir.

İnsanda da bir sıra batini hisslər vardır ki, onları heç bir xarici amillər törətmir, eyni zamanda bütün dünya insanlarında bu hiss eynidir. Məsələn, ömrün xüsusi bir çağında hər bir insan ailə qurmağa meyl edir, yaxud hər bir insan özündən xəbərsiz ədalətliliyə, dostluğa meyl edir. Deyilənlərə diqqət edərək fitrətə aid məsələləri on əlamətlə digər adi və ümumi məsələlərdən seçmək olar:

1. Fitri əsası olan hər bir fikir və iş ümumbəşəridir, yəni bütün dünya insanlarına aid xüsusiyyətdir.

2. Fitri məsələlər fitrətin bələdçiliyilə baş verir, öyrənməyə, yaxud öyrədilməyə möhtac deyildir.

3, 4, 5, 6-Fitri əsası olan hər bir fikir, ya iş ictimai (3), coğrafi (4), iqtisadi (5) və siyasi (6) amillərin hökmranlığından kənardır. İqtisadi nöqteyi-nəzərdən sərmayəyə malik olub-olmamaq, coğrafi nöqteyi-nəzərdən soyuq, yaxud isti iqlim, ictimai nöqteyi-nəzərdən istənilən səhət növündə inkişaf edib-etməmək onda heç bir təsir qoya bilməz.

7. İrqlər onda təsir qoya bilməz.

8. Dillər onda təsir qoya bilməz.

9. Zaman onda təsir qoya bilməz. Məsələn, bir əsrdə olub digər əsrdə isə olmaması mümkün deyil.

10. Fitrətə zidd təbliğat aparmaq olar və bu təbliğat onun çiçəklənməsinin qarşısını ala da bilər, lakin onu kökündən qoparıb atmaq olmaz.

Adi məsələlər isə bu on əlamətdə fitri məsələnin tam qarşısında durur. İndi diqqət edək görək Allaha inam, məzhəbçilik hissi bu on əlamətlə əlaqədardır, ya yox? Azacıq diqqət etsək görərik ki, insanın Allahı tanıma, Allahı axtarmaq və Allahı istəmək kimi meyllərində bu on əlamət mövcuddur.  





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.