Əhkam » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2017-ci il, sentyabrın 25-i, bazar ertəsidir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam
 
 » Din » Əhkam

     
 
Fitr bayramında nəyi necə etməliyik?
Yazan: Admin | 23 İyun 2017 | 13691 dəfə oxunub
Fitr bayramında nəyi necə etməliyik?Fitr bayramının namazı Qurban bayramının namazı kimidir. Bu namaz İmamın (əleyhis salam) qeybdə olmadığı vaxt vacibdir və camaatla qılınmalıdır. İmamın (ə) qeybdə olduğu zamanda isə müstəhəbdir. Onu camaatla da, tək də qılmaq olar.
  • 85
Şərhlər (9)  Ətraflı
 
 

     
 
Fitrə zəkatının hökmləri
Yazan: Admin | 22 İyun 2017 | 12795 dəfə oxunub
Fitrə zəkatının hökmləri- Bir şəxs Fitr bayramı gecəsinin gün batan çağına, hətta bir neçə an qalanda belə, həddi-büluğa çatan, aqil, fəqir və bir kəsin qulu olmasa, özü və onun çörək yeyənləri sayılan hər nəfər üçün buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi şeylərdən təqribən 3 kq miqdarında müstəhəqqə (fitrə zəkatına layiq olan şəxsə, ehtiyacı olana) verməlidir.  
  • 0
Şərhlər (0)  Ətraflı
 
 

     
 
28-ci günün hədisi
Yazan: Admin | 22 İyun 2017 | 12482 dəfə oxunub

28-ci günün hədisi28-ci günün hədisi

Həzrət Əli (Ona salam olsun!) buyurur:

Üç şey müsəlmanı kamal həddinə çatdırar: Dini öyrənib başa düşmək, öz güzəranında müəyyən ölçüyə riayət etmək və xoşagəlməz hadisələr müqabilində səbr etmək.

                                                                                                                                   

  • 0
Şərhlər (0)  Ətraflı
 
 

     
 
Qüslün alınma qaydası
Yazan: Admin | 21 İyun 2017 | 20190 dəfə oxunub
Qüslün alınma qaydasıQüslün alınma qaydası
  1. Bütün qüslləri(cənabət, heyz, nifas, məss-meyyit və s.) tərtibi qüsl adlanan qayda ilə aşağıdakı şəkildə almaq olar:

-  Qüsl alan şəxs qüsl niyyəti ilə (cənabət, heyz və s.– hansı qüslü aldığını müəyyən edərək və Allah-Taalanın əmrini yerinə yetirmək məqsədilə)

a)               əvvəlcə başını və boynunu,

b)               sonra çiynindən dabanadək bədənin sağ tərəfini,

c)               sonra çiynindən dabanadək bədənin soltərəfini yumalıdir.

 Əgər bir kəs qəsdən, yaxud unutqanlıq və ya məsələni bilməməzlik     üzündən bu qaydaya – tərtibə riayət etməsə, qüslü batildir.

  1. Göbəyin və cinsiyyət üzvünün sağ yarısını bədənin sağ tərəfi ilə, sol yarısını isə bədənin sol tərəfi ilə yumaq lazımdır. Daha yaxşı olar ki, göbək və cinsiyyət üzvü bütövlükdə, bədənin hər iki tərəfi ilə yuyulsun.
  2. Bədənin üç hissəsinin (baş-boyun, sağ tərəf, sol tərəf) tamamilə yuyulduğuna əmin olmaq üçün hər bir tərəfi yuyan zaman bir qədər o bir tərəfdən də yumaq lazımdır.
  3. Boynunda bir neçə qüsl olan şəxs onların hamısının niyyətini tutub bir qüsl ala bilər

Tərtibi qüsl qaydasından əlavə irtimasi qüsl qaydası da var. İrtimasi qüsl alan şəxs gərək qüsl niyyəti ilə tamamilə suyun altına (hovuz, göl, çay, dəniz və s.) girsin və su bir anlığa da olsa onun bütün bədənini əhatə etsin.

Vacib orucu tutan və həcc, yaxud ümrəyə görə ehram bağlayan şəxs irtimasi qüsl ala bilməz, lakin yaddan çıxarıb irtimasi qüsl alsa səhihdir.


  • 0
Şərhlər (0)  Ətraflı
 
 

     
 
27-ci günün duası
Yazan: Admin | 21 İyun 2017 | 12276 dəfə oxunub

27-ci günün duası27-ci günün duası

Oxunuşu

Allahummər-zuqni fihi fəzlə ləylətil-qədri və səyyir umuri fihi minəl-usri iləlyusri vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizrə ya rəufən biibadihis-salihin

Tərcüməsi

İlahi! Bu gün Qədr gecəsinin fəzilətini mənə nəsib et. Belə bir gündə mənim bütün çətinliklərimi asanlaşdır və mənim üzrlərimi qəbul et. Mənim günahlarımı təmizlə və çirkin əməllərin ağırlığından mənə nicat ver, ey saleh bəndələrə mehriban olan Allah!

  • 0
Şərhlər (0)  Ətraflı
 
 

     
 
27-ci günün hədisi
Yazan: Admin | 21 İyun 2017 | 12361 dəfə oxunub
27-ci günün hədisiPeyğəmbərdən (Salam olsun Ona və pak Əhli-beytinə) nəql olunan hədisdə buyurulur:  “Allaha qarşı itaətsizlik göstərmənin əvvəli altı şeydən başladı: Dünya məhəbbəti, böyüklük istəyi, qarınqululuq,  qadınlara meyl,  yuxuya ifrat  meyl və rahatlığa can atmaq”
  • 0
Şərhlər (0)  Ətraflı
 
 

     
 
Niyyət
Yazan: Zehra | 20 İyun 2017 | 12827 dəfə oxunub
NiyyətNiyyət o deməkdir ki, oruc tutan şəxs etdiyi əməli (tutduğu orucu) özü üçün müəyyənləşdirsin və orucun axırına kimi bu müəyyənliyində sabit qalsın.



  • 0
Şərhlər (0)  Ətraflı
 
 

     
 
26-cı günün duası
Yazan: Admin | 20 İyun 2017 | 12293 dəfə oxunub
26-cı günün duası26-cı günün duası

Oxunuşu

Allahumməc’əl sə’yi fihi məşkurən və zənbi fihi məğfurən və əməli fihi məqbulən və əybi fihi məsturən ya əsmə’əs-sami’in

Tərcüməsi

İlahi! Bu gün mənim səyimi bəyənilmiş, günahımı bağışlanmış, əməlimi qəbul olunmuş və eybimi örtülmüş qərar ver, ey eşidənlərin ən gözəl eşidəni!


  • 0
Şərhlər (0)  Ətraflı
 
 

     
 
Müsafir (səfərə gedənin) orucunun hökmləri
Yazan: Admin | 19 İyun 2017 | 12298 dəfə oxunub
Müsafir (səfərə gedənin) orucunun hökmləriMüsafir (səfərə gedənin) orucunun hökmləri
  1. Əgər müsafir günortadan qabaq vətəninə, yaxud 10 gün qalmaq istədiyi yerə çatsa, bu halda orucu batil edən işlərdən görməyibsə o günü oruc tutmalıdır; Əgər orucu batil edən işlərdən görübsə, yaxud vətəninə və ya 10 gün qalmaq istədiyi yerə günortadan sonra çatsa o günün orucu bu şəxsə vacib deyil, sonradan qəzasını tutmalıdır.
  2. Müsafir şəxs oruclarınn qəzasını növbəti Ramazan ayınadək yerinə yetirməlidir.

  • 0
Şərhlər (0)  Ətraflı
 
 

     
 
25-ci günün duası
Yazan: Admin | 19 İyun 2017 | 12407 dəfə oxunub
25-ci günün duası25-ci günün duası

Oxunuşu

Allahumməc’əlni fihi muhibbən li əvliyaikə və mu’adiyən liə’daikə mustənnən bisunnəti xatimə ənbiyaikə ya asimə qulubin-nəbiyyin

Tərcüməsi

İlahi, məni bu gündə Sənin dostlarını sevən, düşmənlərinlə düşmən olan, peyğəmbərlərinin sonuncusunun sünnətinə (qayda-qanunnuna) tabe olanlardan qərar ver, ey peyğəmbərlərin qəlblərini (eyb və nöqsandan, zahiri və batini çirkinliklərdən) qoruyub, ismət bəxş edən!


  • 0
Şərhlər (0)  Ətraflı
 
 

     
     
 
««« 1 2 3 4 5 6 7 8 9 10 ... 16 »»»
 
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 4
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.