Xəbərlər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2017-ci il, aprelin 26, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər
 
 » Xəbərlər

     
 
Məbəs günü
Yazan: Zaur | 24 Aprel 2017 | 12991 dəfə oxunub
Məbəs günüƏziz və dəyərli oxucularımız bildiyimiz kimi İslam dinində Həzrət Mühəmməd (s)-ın peyğəmbərliyə məbus olduğu gün Məbəs bayramı adı ilə qeyd olunur. Bu müqəddəs gündə Allah-təala Həzrəti Peyğəmbərimiz (s)-a "Ələq” surəsinin ilk ayəsini Cəbrail mələk vasitəsilə nazil edərək buyurmuşdur: "Ya Mühəmməd, oxu!” Həzrət (s) mələyə nə oxuyum dedikdə Cəbrail buyurdu: "İqrə bismi rəbbikə...” Yəni öz rəbbinin adı ilə oxu.
  • 85
Şərhlər (0)  Ətraflı
 
 

     
 
Bill Qeyts övladlarına texnoloqiyanı qadağan edib
Yazan: Carchi | 22 Aprel 2017 | 15 dəfə oxunub
Microsoft şirkətinin qurucusu Bill Qeyts övladlarına texnologiya məhdudiyyəti qoyduğunu açıqlayıb.
  • 0
Şərhlər (0)  Ətraflı
 
 

     
 
İmam Museyi Kazimin şəhadəti
Yazan: Zehra | 22 Aprel 2017 | 12792 dəfə oxunub
İmam Museyi Kazimin şəhadətiİmam Museyi Kazim əleyhissalam 128-ci Hicri-qəməri ilinin Səfər ayının yeddisi, bazar günü Məkkə ilə Mədinə arasında yerləşən Əbva adlı yerdə Həmidə adlı bir xanımdan dünyaya gəldi və 21 yaşında ikən imamlığa çatdı.

Bu barədə Əbubəsir belə demişdir: Imam Cəfər Sadiq (ə) ilə birlikdə həccə gedirdik ki, Əbvaya çatdıq. Səhər yeməyimizi yedikdən sonra imama xəbər verdilər ki, Allah sizə bir oğlan uşağı əta etmişdir. Həzrət sevincək qalxıb xanımı Həmidənin yanına getdi. Bir azdan sonra gülə-gülə qayıdan imam bizə belə buyurdu: «Allah mənə ən yaxşı hədiyyəsi olan bir uşağı əta edibdir. Anası deyir ki, uşaq dünyaya gələndə başını səcdəyə qoyub Allaha şükr edibdir ki, bu da onun imamlığının nişanəsidir.

  • 85
Şərhlər (0)  Ətraflı
 
 

     
 
Xanım Zeynəbin vəfatı
Yazan: Zehra | 12 Aprel 2017 | 12806 dəfə oxunub

Xanım Zeynəbin vəfatıBu gün Peyğəmbər (s) Allahın vəhyinə əsasən, müsəlmanların qibləsini Beytul-Müqəddəsdən (indiki Qüdsdən) Kəbəyə dəyişmişdir. Qiblənin dəyişmə hökmü, hicrətin 2-ci ilində Peyğəmbərə (s) nazil oldu. Qiblənin dəyişməsinin səbəbi bundan ibarət idi ki, o günə qədər yəhudilər, özünü kamil din bilən İslam dininin müstəqil qibləsi olmamasını nöqsan hesab edirdilər. Buna görə də yəhudilər İslam dininin ümumbəşəri bir din olmasına inanmırdılar. İslam dünyasında "Zu qibləteyn məscidi", yəni iki qibləyə malik olan məscid həmin mühüm hadisənin yadigarıdır.

  • 85
Şərhlər (0)  Ətraflı
 
 

     
 
İmam Əlinin mövludu
Yazan: Zehra | 10 Aprel 2017 | 12766 dəfə oxunub
İmam Əlinin mövludu13 Rəcəb  İmam Əlinin (Ona salam olsun!) mövlud günüdür. İslam Peyğəmbəri Həzrəti Məhəmmədin ən yaxın silahdaşı, birinci İmam Əli miladi təqvimlə 600-cü ildə Məkkə şəhərində yerləşən Kəbə ibadətgahında dünyaya gəlib. Atası Məhəmməd Peyğəmbərin əmisi və himayədarı Əbu Talib, anası isə Fatimə bint Əsəd olub. İmam Əli yeniyetmə ikən (10 yaşında) Peyğəmbərin xanımı Xədicə ilə birlikdə İslam dinini ilk qəbul edən şəxs olub. Sonrakı dövrdə Məhəmməd Peyğəmbərin ən yaxın silahdaşı olan Əli İslamın yayılmasında, kafirlərlə aparılan bütün müharibələrdə iştirak edib böyük qəhrəmanlıqlar göstərib. Quranı ilk yazıya alanlardan, vəhy katiblərinin rəhbərlərindən olub. Əli Peyğəmbərin qızı Fatimeyi Zəhra ilə ailə qurub. İmamlar bu nikahdan doğulublar. Həzrəti Məhəmməd özü sağlığında Əlinin ailəsini Əhli Beyt (ərəbcə ev əhli - Peyğəmbərin ailəsi, ən yaxın insanları anlamına gəlir) adı ilə şərəfləndirib...
  • 85
Şərhlər (0)  Ətraflı
 
 

     
 
Bu gün İmam Cavadın (ə) mövlud günüdür
Yazan: elnur313 | 8 Aprel 2017 | 12089 dəfə oxunub
Bu gün Əhli-beyt davamçılarının doqquzuncu İmamı olan İmam Cavadın (ə) mövlud günüdür. Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri isə Təqi və Cavad olan 9-cu İmam (ə) hicrətin 195-ci ilində Mədinə şəhərində anadan olmuşdur. Anası Peyğəmbərin (s) həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan Səbikə xanım idi. O, əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. Belə ki, İmam Rıza (ə) o xanımı pak, nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi.
İmam Cavadın (ə) imamət dövrü 17 il sürmüşdür. İmam (ə) hicri 220-ci ildə xəlifə Mötəsimin əmri ilə zəhərlənərək, 25 yaşında şəhid edilib.
  • 0
Şərhlər (0)  Ətraflı
 
 

     
 
Müəllimlərin əməkhaqqı artırılacaq
Yazan: Carchi | 7 Aprel 2017 | 26 dəfə oxunub
 “Bu il Azərbaycan diaqnostik qiymətləndirilməsi keçiriləcək müəllimlərin sayı açıqlanıb”.
  • 0
Şərhlər (0)  Ətraflı
 
 

     
 
Aprel döyüşlərindən bir il keçir
Yazan: Zaur | 2 Aprel 2017 | 20 dəfə oxunub

Bu gün Azərbaycan və Ermənistan (habelə erməni separatçıları) arasında baş vermiş aprel döyüşlərinin ildönümüdür.

Sizinyol.com  xəbər verir ki, ötən il aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı bölmələri tərəfindən bütün cəbhə boyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub.

  • 0
Şərhlər (0)  Ətraflı
 
 

     
 
Bu gün Kəlbəcər rayonunun işğalından 24 il ötür
Yazan: Zaur | 2 Aprel 2017 | 19 dəfə oxunub
Bu gün Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 24 il ötür.Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunub. Kəlbəcər rayonunun ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə 70 minə yaxındır. Rayon sakinləri hazırda Azərbaycanın 59 rayonunda məskunlaşıb.Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb.


  • 0
Şərhlər (0)  Ətraflı
 
 

     
 
1 Aprel
Yazan: Terlan | 1 Aprel 2017 | 12753 dəfə oxunub

                    - Ay dadaş, nə gününə gülürsən?

                             - Necə yəni nə gününə, elə bu günümə!

 - Ay hay-ay hay..... 

  • 85
Şərhlər (0)  Ətraflı
 
 

     
     
 
««« 1 2 3 4 5 6 7 8 9 10 ... 113 »»»
 
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.